Avarlar – Ləzgi dil qrupuna daxil olan xalqlardan biridir. Özlərini «maarulal» - yəni dağlı adlandıran avarlar, başlıca olaraq Dağıstanda (dağ rayonlarında), qismən də Azərbaycanın Balakən, Zaqatala rayonları ərazisində kompakt halda yaşayırlar. «Avar» sözü «auar» türk sözündən yaranaraq, «narahat», «qızğın» mənasını verir. Avarların Azərbaycan ərazisində məskunlaşması XVII-XVIII əsrlərə təsadüf edir. Zaqatalanın dağlıq hissəsində yaşayan avarlar avar dilinin ansux ləhcəsində danışırlar, qonşu xalqlarla danışdıqda isə türk (Azərbaycan ) dilindən istifadə edirlər. Avarlar islam dininə etiqad edir.

Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və müasirlik). Bakı "Elm" nəşriyyatı - 2000, s.286-296.

С.И.Брук. Население мира. Этнодемографический справочник. Москва. "Наука", 1986, с. 166.

 
           
        © Musigi Dunyasi