Molokanlar – xristianlığın dini
sektalarından biridir. XVIII əsrin 2-ci yarısında
rusiyada yaranmışdır. Molokanlar yalnız
Bibliyaya inanır, onu özünəməxsus şəkildə
sərh edir və ona riayət etməyə çağırırlar.
Onlar kilsəni və keşişləri inkar edir,
adı evlərdə ibadət mərasimi keçirirlər.
Molokan iclasına qocalar və ya seçilmiş
şəxslər başçılıq edir. 1820-ci
ildən başlayaraq, molokanlar Zaqafqfziyaya, Krıma,
1870-ci illərdə isə Sibirə, Zakaspi və
Karsk vilayətlərinə köçürülmüşlər.
Azərbaycanda molokanlar əsasən kəndlərdə
arıca icmalar şəkilində məskunlaşmışlar.
Onlar öz adət-ənənələrini, dillərini
və dini baxışlarını qoruyub saxlamaqla
yanaşı, həmin ərazidə yaşayan
yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət
qurmuşlar.
Qəmərşah Cavadov. Azərbaycanın
azsaylı xalqları və milli azlıqları
(Tarix və müasirlik). Bakı "Elm" nəşriyyatı
- 2000, s.350-388.
С.И.Брук. Население мира. Этнодемографический
справочник. Москва. "Наука", 1986, с. 152-154.