Xınalıqlılar – Azərbaycanın
aborigen azsaylı xalqları içərisində
özünəməxsus etnoqrafik xüsusiyyətləri
ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə
daxil olub, Şahdağ ətrafında yerləşmələrinə
görə tarixi-etnoqrafik ədəbiyyatda «Şahdağ
xalqları» adlandırılır. Xınalıqlılar
Azərbaycanın ən qədim sakinlərindən
sayılır. Bu etnos dünyada yeganə dilə
və yaşayış məskəninə mənsubdur.
Yəni dünyanın etnik xəritəsində
ancaq bir Xınalıq kəndi və yeganə xınalıq
dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna
məxsusdur.
Qəmərşah Cavadov. Azərbaycanın
azsaylı xalqları və milli azlıqları
(Tarix və müasirlik). Bakı "Elm" nəşriyyatı
- 2000, s.167-209.
С.И.Брук. Население мира. Этнодемографический
справочник. Москва. "Наука", 1986, с. 167.