Orkestr və ansamblların,
aşıq və digər folklor qruplarının
tərkibində geniş istifadə olunan
nəfəsli alətlərdən biri də
balabandır. Bəzən "balaman" da adlandırılan
bu alətin adının mənası "bala"
(kiçik) və "ban" (səs tembrinin xoruz
banına bənzədilməsi) sözləri
ilə bağlı olub, "kiçik ban" (ilk,
erkən ban) deməkdir.
Yumşaq
və həzin səsə malik balabandan
ansambl, orkestr və solo aləti kimi nəfəsli
alətlər qrupunu, o cümlədən
aşıqlar dəstəsini müşayiət
etmək üçün istifadə edilir.
Balaban ərik, qoz, tut və armud ağaclarından
xüsusi dəzgahlarda yonulub, içərisi
oyulduqdan sonra müəyyən bitki yağları
ilə yağlanır, xüsusi temperaturda
uzun müddət qurudulur.
Hazır
gövdənin üst hissəsində səkkiz,
alt hissədə isə bir oyuq açılır.
İfa zamanı hər iki əlin barmaqları
ilə oyuqlar açılıb-bağlanır.
Balabanın baş hissəsinə qarğıdan
xüsusi ölçüdə sıxılaraq
yastılanmış müştük taxılır.
Ona görə bəzi hallarda bu alətə
"yastı balaban" da deyilir. Müştüyün
üzərinə keçirilmiş xamıtın
(qısqacın) vasitəsi ilə alətin
səs ucalığı və kökü
nizamlanır.
İfaçı aləti səsləndirmək
üçün dərindən nəfəs
alaraq havanı ağız boşluğuna
yığır və onu xüsusi ustalıqla
dodaqları arasında tutduğu yastı
müştüyün içərisinə
üfləyərək barmaqlarını
oyuqların üzərində hərəkət
etdirməklə istənilən səs
ucalığını alır.
|
Ağac
balabanlar
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi. Bakı. |
Uzunluğu
280-300 mm, diametri 20-22 mm-dir. Balabanın
səs diapazonu kiçik oktavanın "sol"
səsindən ikinci oktavanın "do" səsinə
kimidir. Çalğıçının
ustalığından asılı olaraq,
bir neçə səs də artırıla
bilər.
|