Azərbaycan
qədim tarixə, zəngin mədəni
irsə və əsrarəngiz təbiətə
malik olan bir diyardır. Əlverişli
coğrafi yerləşməsi və zəngin
təbiəti hələ qədim dövrlərdən
bu ərazinin geniş yaşayış
məskəninə çevrilməsinə
səbəb olmuşdur. Tarixən Qərblə
Şərq, Şimalla Cənub arasında
Qızıl körpü rolunu oyanayan
Azərbaycan yaşayış üçün
əlverişli təbii şəraiti
ilə tarixin müxtəlif dövrlərində
bir çox insanları, qəbilə, tayfa
və xalqları öz ərazisinə
cəlb etmişdir.
Həm qədimlərdə, həm də
müasir dövrdə Azərbaycan öz
yüksek tolerantlığı ilə
seçilən bir ölkə kimi qeyd olunub.
Zərdüştlük dininin vətəni,
Qafqazda xristianlığın ilk beşiyi,
İslam dininin geniş yayıldığı
məkan, müxtəlif etnosların sülh
içində yaşadığı ərazi,
rəngarəng mədəniyyətlərin
biri-birindən bəhrələnərək
çiçəklənən diyardır
Azərbaycan. Tarixi mənbəylər
Azərbaycanın etnik tərkibinin daim
genişləndiyini göstərir. İstər
sülh, istərsə də hərb ilə
bu zəngin əraziyə kənardan gələn
etnoslar buranı özlərinə daimi
yaşaşış məskəni seçməyə
çalışmışıdlar.
Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi
ilə seçilən ölkədir. Onun
ərazisində müxtəlif millətlərin
nümayəndələri ilə bərabər
tatlar, talışlar, molokanlar, ingiloylar,
saxurlar, avarlar, ləzgilər, dağ
yəhudiləri, xınalıqlılar,
buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar.
Qeyd olunan etnik qrupların nümayəndələri
özlərini azərbaycanlı saysalar
da hər bir qrup özünəməxsus
fərqli mədəniyyətin elementlərini
qoruyub saxlamışdır. Bu mədəniyyət
məişət həyatında, sənətkarlıqda,
mətbəxdə və müxtəlif
mərasimlərdə öz əksini
tapmaqdadır.
Təqdim olunan turizm marşrutları
Azərbaycanın etnoqrafik xüsusiyyətləri
və zəngin mədəniyyəti ilə
tanış olmağa imkan yaradır.
TƏQDIM
OLUNAN ETNOQRAFİK TURIZM MARŞRUTLARI:
1.
Nic kəndi (Qəbələ rayonu)
Udilər;
2. Buduq kəndi (Quba
rayonu) Buduqlular;
3. Xınalıq kəndi
(Quba rayonu) Xınalıqlılar;
4. Laza kəndi (Qusar
rayonu) Ləzgilər;
5. Lahıc qəsəbəsi
(İsmayıllı rayonu) Tatlar;
6. Qum kəndi (Qax rayonu)
Saxurlar;
7. Qrız kəndi
(Quba rayonu) Qrızlılar.