|
Bərbət
M.
Kərimovun işi. Bakı. 1980.
|
XVI-XVII
əsrlərə kimi Azərbaycanda istifadə
olunmuş mizrabla çalınan simli musiqi
alətidir. Ud tipli alətlər ailəsinə
mənsub olan bərbətin gövdəsi
uda nisbətən böyük, qolu isə
xeyli uzundur.
Əsasən,
saray musiqi aləti sayılan bərbət
haqqında Azərbaycan klassiklərinin,
o cümlədən Nizami Gəncəvinin
yaradıcılığında ətraflı
məlumat verilib. "Bərbət" sözünün
bər "sinə", bət "ördək" sözlərinin
birləşməsindən yarandığını
güman etmək olar. Bəzi mənbələrdə
isə onun ərəb sözü olub,
"ləpələnmə", "dalğalanma"
mənasını verməsi qeyd olunur.
Tarixi
mənbələrdən, eləcə də
Nizami yaradıcılığından məlum
olur ki, bu alətin yaradıcısı
öz dövrünün məşhur musiqiçisi,
mahir ifaçı Barbəd olmuşdur. Nizami
Gəncəvi "Xosrov və Şirin" poemasında
saray musiqiçisi Barbədi belə tərif
edir:
Sərxoş
bülbül kimi gələndə
Barbəd
Su kimi axırdı əlində bərbət.
O çala bildiyi yüz xoş nəğmədən
Seçdi
otuzunu özü bəyənən.
Bu
otuz nəğmə ki, Barbəd çalırdı,
Gah
ürək verirdi, gah can alırdı.
Şərq ölkələrində bərbətin
müxtəlif növləri olmuşdur.
Onun ilk vətəni Səudiyyə Ərəbistanı
sayılır. Bir çox mənbələrdə
bərbətin 3, 8, 10 simli növləri
olduğu barədə dəlillər vardır.
Simlər ipək və bağırsaqdan
hazırlanır.
|
Bərbət
M.
Kərimovun işi. Bakı. 1980.
|
Bərbət,
əsasən, 3 hissədən-çanaq,
qol və kəllədən ibarətdir.
Çanağı yığma üsulu ilə
qoz və ya qırmızı çinar,
qol, kəllə və aşıqları
isə qoz ağacından hazırlanır.
Üzü 4 mm qalınlığında
şam ağacı ilə örtülərək
üzərində bir neçə yerdən
səs rezonatorları açılır.
Qolunda 912 pərdə olur. Ümumi uzunluğu
665 mm, eni 465 mm, hündürlüyü
250 mm, qolunun uzunluğu 205 mm-dir. Bərbət
qədim ud kimi, yəni xalis kvarta münasibətində
köklənir.
Diapazonu böyük
oktavanın "mi" səsindən ikinci oktavanın
"mi" səsinə kimidir.
|