The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 


 

Laza kəndi
(Qusar rayonu)


NƏ GÖRMƏK OLAR

18 ci əsrin sonuna aid olan məsçid və “Hacı seyid baba” piri kəndin ən diqqətə layiq yerlərindəndir. Yerli əhali pirin yanında yerləşən müqqəddəs məzarları ziyarət edirlər. 100 il bundan əvəl pir kəndin mərkəzində qayadnın içndə yerləşirdi. Sonralar bu pir müqəddəs sayılan qəbirstanlığın yanında olan bir qaya divarının yanına keçirilib. Kənddən bir az aşağı Qusar çayın üzərində bir qəbirstanlıq var, yerli əhalinin sözlərinə görə qəbirstanlıq çox qədimdir. Orada yarı bölünmüş bir baş daşı var, ehtimal olunur ki, onun üzərində ərəb əlifbası ilə yazılar var. Qəbirstanlığın yarısını yağış və sel yuyub aparıb. Kəndin ərazisində, 10-20km radiusda görməli ekskursiya məntəqələri var. Səyahət və ekskursiyaları atla və ya piyada etmək olar. Ekskursiyalar, turist səyahətrləri və alpinizimlə, Qusar çayının sahilində, kənddən 1 km aralıda yerləşən Suvar pansionatının təcrübəli instruktorları tərəfindən keçirilir. Pansionatın ətrafında müxtəlif ekskursiya obyektləri mövcuddur:

- “Çar” mağarası (800m. uzunluğunda olan Şahdağ massivinin qaya divarında şaquli vəziyyətdə dərin bir mağaradır).

- Qusar çayın üzərində yerləşən qədim daş körpü, Qönçi-Myux.

- Şahdağ massivinin ətəyində müqəddəs yer (pir).

Şahdağ zirvəsinə qalxan yolda şəlalələr, qışda qışda sıldırım buzlaqlara çevrilərək çox gözəl mənzərə yaradır. Qusar çay çayın o biri sahilində, kəndlə üz-üzə uca təpədə qədim mühavizə qala divarlarının qalıqları var. Kəndə olan hücum və müharibələr zamanı əhali buradan sığınacaq kimi istifadə edirdi. Yerli sakinlər toylarını və digər mərasimlərini qədim adət ənənlərlə keçirirlər. Kişilər üçün ayrı, qadınlar üçün ayrı məclis qurulur, bu məclislər milli musiqi ilə müşaiət olunur. İmkanlı ailələr qonşu kəndlərdən və ya rayon mərkəzindən musiqiçilər dəvət edir. Musiqiçi dəvət etməyə imkanı olmayan ailələr Ləzgi milli musiqisini audio yazılarından istifadə edirlər. Kişi məclisi bəy evində, qadın məclisi gəlin evində keçirilir.

Qədim peşələr qismən qorunub saxlanılmışdır. Ən geniş yayılan peşələrdən biri, xalçaçılıqdır. Xalçaçılıqdan əsasən xovsuz sumax, palas və s. hazırlayırlar.

Milli mətbəxdən yüksək zövq almaq olar. Təntənəli məclislər zamanı ət və kartof piroqları bişirilir (çkan). Gündəlik həyatda göyərti, ət və qarın qutabları bişirilir (afar). Çörəyi təndirdə yapırlar (xizanfu, çaravatfu).

Qədım idman oyunları qorunub saxlanılır. Bunlradan kəndirbazlıq və kosa güləş növünü göstərmək olar. Bu yarışlar sifarişlə təşkil olunur. Kənddə etnoqrafik və ya diyarşünaslıq muzeyi yoxdur.

 

Sənətkarlıq nümunələri

Lazada məscid və qayalıq piri
Kənd ətrafı alp çəmənlikləri
>
Lazada məscid və qayalıq piri
Lazada məscid və qayalıq piri
Kənd ətrafı alp çəmənlikləri
 



HARADA QALMAQ OLAR

Kəndə gələn qonaqları yerləşdirmək və ya gecələmək üçün yerli sakinlərin evlərində təşkil olunur. Evələr dağ kəndlərinə məxsus olan formada çay daşlarından və zəlzələyə dözümlü olan taxta arakəsmələrindən istifadə olunaraq tikilmişdir. Evlər əsasən bir mərtəbəlidir. Döşəmələri taxtadan üzərinə isə palazlar salınır. İçəridən evlərin divarları gillə suvaq çəkilir, üzərindən əhəng vurulur və nənələrdən qalmış xalçalarla örtülür. Evlər rahat və təmizdir. Əhali evlərindən 20 addım aralı olan bulaq suyundan istifadə edirlər. Evlərdə hamam yoxdur. Tualet həyətdə yerləşir. Kəndin mərkəzində ərzaq dükanı var. Evdə yaşayan bir ailə 2 otaqda yerləşdirməklə 4-6 qonaq qəbul edə bilər. Əsasən 1 ailə 4-5 otaqlı, həyətyani sahəsi və təsərrüfat üçün nəzərdə tutulmuş tikililəri (təndirxana, anbar) olan evlərdə yaşayırlar. Kəndin ətrafında meşə olmadığından evləri çör-çöp və kizyakla ( kərpic formasına salınmış qurudulmuş peyin) isidirlər.

Qonaqlara səhər yeməyinə süd məhsulları-pendir, kəsmik, şor, nehrə yağı, nahara əvəlikli ləzgi plovu, lobya yarpağından hazırlanmış dolma, qoyun vəya mal ətindən hazırlanmış buğlama, şam yeməyinə isə lobyadan, yumurtadan və süd məhsullarından hazırlanmış xörəklər təklif olunur. Yeməkdən qabaq özləri hazırladığı mürəbbə və ya qənd ilə çay verirlər.

Evlərdə qaz yoxdur, işıq səhər və axşam verilir. Soyuducu yoxdur. Ərzaqlar evin altında olan zirzəmidə saxlanılır. Hər evdə AZTV1 kanalını qəbul edən televizor var. Yalnız bir evdə peyk antennası var.

 

Ev I
Åv sahibi:
Tahir Hacıyev
- bir mərtəbəli ev
- şəxsi həyət
- kirayə verilən otaqlar - 2
- yataq otaqı - 1
- vanna otağı - yoxdur

Ev II
Åv sahibi:
Tofik Balaliyev
- bir mərtəbəli ev
- şəxsi həyət
- kirayə verilən otaqlar -2
- yataq otağı - 1
- vanna otağı - yoxdur
Ev III
Ev sahibi:
Zahid Əzizov
- bir mərtbəli ev
- şəxsi həyət
- kirayə verilən otaqlar - 1 - yataq otağı- 1
- vanna otağı - yoxdur

 

Yerləşdirmə qiymətləri:

- bir sutka qalmaq və səhər yeməyi (1 nəfər üçün) – 10$
- bir sutka qalmaq və 3 dəfə yemək (1 nəfər üçün) – 15$

 Kənddə əlaqələndirici şəxs: Mövlud Əzizov.


“Suvar” turizm pansionatı

Komfortlu şərait istəyənlər üçün, Qusar çay dərəsi boyu 1km yuxarıda yerləşən “Suvar” pansionatında yerləşdirmək olar. Pansionat il boyu fəaliyyət göstərir. Qışda burada qar çox olur, pansionatın ətrafinda olan dağ yamaclarında xizək gəzintisi təşkil etmək mümkündür.

Pansionat hər birində hər bir şəraiti olan ayrı ayrı kotteclərdən ibarətdir:

- Bir yerli nömrələr (5 otaq), bir günlük və səhər yeməyi –50$.

- İki yerli nömrələr (2 otaq), bir günlük və səhər yeməyi (bütün nömrə)-70$.

- Həftə sonu üçün (weekend) səhər yeməyi ilə birlikdə (bütün nömrə) –100$.

- Üç yerli nömrələr (4 otaq) bir günlük və səhər yeməyi (bütün nömrə) –150$.

Kotteclərdə mövcud olan nömrələrdə (23 yer), duş, tualet, bütün nömrələrdə isti və soyuq suyu var.

Daimi işıqlandırılması, digər vəziyyətlərdə əlavə olaraq generator vardır. Futbol, voleybol və tennis meydançalarının qurulması işləri gedir. Pansionatda kafe fəaliyyət göstərir.

Pansionatın ətrafında dağ yamaclarında qar noyabr ayından aprelə qədər yerdə qalır. Həmin mövsümlərdə xizək gəzintisinin təşkili mümkündür.

Pansionatın əməkdaşlarının bəziləri ingilis dilində danışa bilir.

 

 

NECƏ GETMƏK OLAR 


Qusar rayon mərkəzindən Laza kəndinə və “Suvar” pansionatına getməkdən ötrü çətin yolları keçmək üçün “Niva” avtomobilindən istifadə etmək olar. Avtomobilin sifariş ediliməsi (bütün avtomobil nəzərdə tutulur) –30$. Bunun üçün “Suvar” pansionatının meneceri ilə əvvəlcədən telefon ilə əlaqə saxlamaq lazımdır. Qusar rayon mərkəzindən Laza kəndinə, ora gedən transportla və ya avtovağzaldan avtomobil tutmaq olar (qiymətlər razılaşma yolu ilə).
 

XRONOMETRAJ

Marşurut: Qusar ş. – Laza kəndi.
Məsafə: 42 km; vaxtla -1 saat 46 dəq

¹
Marşurutun keçdiyi ərazilər 
Məsafə
(km) 
Vaxt
(dəq) 
Qeyd 
1
Qusar şəhəri – Qusar çay üzərində körpü
 20
 30
Qusar şəhərindən yol.
Qusar çayın sağ sahili ilə gedir və Qusardan üzərinsdə olan körpüyə düşür
2 Qusar çay üzərində körpü – yol ayırıcısı; Anıx-Laza 
 2
 2
Yol ayırıcısı; düz yol Laza kəndinə, sola-Anıx kəndinə. Anıx kəndinin səmti (oriyentir)- gümbəzli məsçid.
3 Yol ayırıcısı; Laza-Anıx – Zindan-Murux kəndi 
 3
 5
Yol Qusar çayın sol sahili ilə gedir və Zindan-Murux kəndindən çayı keçir. 
4 Zindan-Murux kəndi – yol ayırıcısı;Laza-Quzun
 3
 4
Zindan-Murux kəndinin yan hissəsindən dərhal Laza-Quzun kəndlərinə qədər dik yoxuş başlayır.
5 Yol ayırıcısı;Laza-Quzun – Təzəkənd kəndi
 1
 5
Laza-Quzun yol ayırıcısından Lazaya gedən yol dərhal sola yoxuşa dönərək, Təzəkənd ərazisinə düzən sahəyə çıxır.
6 Təzəkənd kəndi – dik eniş,Laza kəndinə;
 7
 20
Təzəkənd kəndində yol ayırıcısı var. Laza kəndənə gedən yol dərhal sağ yola dönür, növbəti yol dağ döşünə dik yoxuşla qalxır.
7 Laza kəndinə eniş – Laza kəndi
 4
 10
Sərt eniş başlayır.yolun sağ tərəfi kəskin qaya parçaları, oradan sola gözlənilməyən döngə və kəskin daşqalaqlı yolla kəndə düşür. Yoldan sola qayalıqlardan müxtəlif ölçülü (150m-ə qədər) şəlalələr axır, yolun solunda bulaq var.
8 Laza kəndi – “Suvar” pansionatı
 1,5
 10
Laza kəndindən yola Qusar çay dərəsinin sol tərəfi ilə dik yoxuş və “Suvar” pansionatını yerləşdiyi maili düzə çıxırsan.

Qusar şəhərindən Laza kəndinə və “Suvar” pansionatına yol, Zindan-Murux kəndindən Təzəkənd kəndinə qədər olan yol istisna olmaqla, çınqıllı və daşlıdır.


LAZAYA İKİ GÜNLÜK TURUN PROQRAMI
  

l Gün

- Günün birinci yarısı: Bakıdan çıxış; marşrut boyu qədim Şabran şəhərinin xarabalıqlarına baxış; Qusara gəliş və ekskursiya; Nahar yeməyi.
- Günün ikinci yarısı: Qusardan çıxış; yol boyu təbii mənzərələrin seyri, ecazkar dağ şəlalələrinə baxış; Lazaya gəliş və yerləşmə (yerləşmə kənd evlərində və ya “Suvar” istirahət mərkəzinin kotteclərində mümkündür). Kəndin məişət həyatı və etnoqrafiyası ilə tanışlıq; Yerli mətbəxdən ibarət şam yeməyi.

ll Gün

- Günün birinci yarısı: Səhər yeməyi; Kənd ətrafında və “Suvar” istirahət mərkəzi istiqamətində ekskursiya, “Çar” mağarasına baxış, təbiət qoynunda istirahət; nahar yeməyi.
- Günün ikinci yarısı: Bakıya qayıdış.

Nəzərə alınmalıdır ki, Qusardan Lazaya gedən yol yalnız yüksək keçidli avtomobillərlə keçilə bilər.


  Lazaya turu “Shabran-D” turizm aqentliyində sifariş edə bilərsiniz.
Əlaqə telefonları: (+994 12) 497 24 79; (+994 50) 672 52 35


 

 
           
   
© Musigi Dunyasi