Yerləşdirmə
qiymətləri:
-
bir sutka qalmaq və səhər yeməyi
(1 nəfər üçün) – 10$
- bir sutka qalmaq və 3 dəfə yemək
(1 nəfər üçün) – 15$
Kənddə
əlaqələndirici şəxs:
Şirin
Müslümov.
NECƏ
GETMƏK OLAR
Qum
kəndinə Qax rayon mərkəzindən
reys avtobusla və ya avtovağzaldan taksi
ilə getmək olar. Yol asfaltdır. Ərdava-çay
üzərində körpüyə qədər
olan 1km-lik yolda təmir işləri gedir.
XRONOMETRAJ
Marşrut:
Qax şəhəri – Qum kəndi
Məsafə 8 km, yol vaxtı – 12 dəq
Bakı şəhərindən Qax şəhərinə
qədər məsafə - 385 km, 6 saat
№ |
Marşrutun
keçdiyi ərazilər |
Məsafə
(km) |
Vaxt
(dəq) |
Qeyd |
1 |
Qax şəhəri –Qum kəndi. Mərkəzi dairədən avtovağzalın yanından keçən sol tərəfə Ərdava-çay üzərindəki körpüyə qədər, Ləkit istiqamətinə gedən avtomobil yolu ilə. |
3 |
5 |
Asfalt yol dağlıq meşə ətəkləri ilə paralel gedir. |
2 |
Ərdəva-çay üzərindəki körpüdən sonra sağ tərəfə, Ləkitə gedən əsas yolla Qum kəndinə doğru. |
5 |
7 |
Asfalt yol Ərdəva-çayın sağ sahili boyu davam edir. |
QUM
KƏNDİNƏ İKİ GÜNLÜK
TURUN PROQRAMI
l
Gün
- Günün birinci yarısı: Bakıdan
çıxış; Qaxa gəliş; yol
boyu təbii mənzərələrin seyri
və qəlyanaltı;
- Günün ikinci yarısı: Qum kəndinə
gəliş və kənd evlərində
yerləşmə; Yerli mətbəxdən
ibarət nahar yeməyi; Kənd ətrafına
ekskursiya, kəndin məişət həyatı
və etnoqrafiyası ilə tanışlıq;
Kənddə olan alban abidələrinə
baxış (V əsr); Yerli mətbəxdən
ibarət şam yeməyi.
ll Gün
- Günün birinci yarısı: Səhər
yeməyi; İlisu dövlət qoruğuna
aid olan Qum meşəsinə gəzinti,
Çinarlı kəndində “Ballı bulaq”
adlanan yerə gəzinti və Söhüb
qalasına ekskursiya.
- Günün ikinci yarısı: Qaraçayın
kənarında Ballı bulaq adlı yerdə
nahar yeməyi; Kənddən çıxış
və Bakıya qayıdış.
Quma
turu “Shabran-D” turizm agentliyində sifariş
edə bilərsiniz.
Əlaqə telefonları: (+994 12) 497 24
79; (+994 50) 672 52 35 |