Xınalıq
kəndi
(Quba rayonu)
Xınalıq
kəndi Qudyalçayın dağlıq
düzündə yerləşir. Bir evin
damı, ondan yüksəkdə yerləşən
digər evin meydançasıdır. Dağlar
dik olduğundan evlər çox sıx yerləşdirilib.
Həyətlərdə balaca bostanlar var.
Burada əhali kartof, xiyar, kələm becərir.
Əhalisinin sayı 1300 nəfər olmaqla
təqribən 220 evdə yaşayırlar.
Orta hesabla hər ailə 6 nəfərdən
ibarətdir. Evlərin hamısı qədimdir,
onların 200-300 il yaşı var. Kənddə
daha qədim tikililər və çoxlu
qədim xarabalıqlar da var. Kənd öz
arxitektur stilini itirməmiş, ümumi
görünüşdə özündə
tamamlanmış ansamblı əks etdirir.
Hətta, çay dərəsindən kəndə
yaxınlaşarkən gözəl mənzərə
açılır. Yeni tikilmiş binalar
- bələdiyyə, 7 illik məktəb
kəndin aşağısında yerləşir.
Xarakterik xüsusiyyətlərdən biri,
həyətlərin hamısında formaca
kərpicə oxşar, quru və nəm
gizəydən yaradılmış divarlaırn
olmasıdır. Bu, xınalıqlıların
istifadə etdikləri əsas yanacaq növüdür.
Xınalıq yüksək dağlıqda
yerləşdiyi üçün, burada yalnız
ot bitir. Qızdırıcı və xörək
bişirmək üçün xınalıqlılar
elektrik plitələrindən də istifadə
edirlər. Kəndin mərkəzində,
ən yüksək yerdə Cümə
məscidi var. Kəndin daha qədim hissəsində
zərdüştlərin məbədinin
yerində (od məbədi), b.e. Vll əsrdə
“Bürc” piri adlanan müsəlman ibadətgahı
tikilmişdir. Bu pir yalnız müsəlmanların
böyük bayramlarında ziyarət olunur.
Xınalığın 2 km yüksəkliyində
qayalıqda, içərisində müqəddəs
sayılan bulağı olan bir mağara
var. Oradan saxsı boru və daş akveduk
vasitəsilə həyətlərə
və kəndin mərkəzi meydanına
su gəlir. Orada böyük bayramlar və
təntənələr zamanı kəndin
bütün əhalisi toplaşır. Kəndin
mərkəzində, ən qədim binada
etnoqrafik muzey yerləşir, indi orada bərpa
işləri aparıldığından
muzeyin eksponatları xınalıqlıların
evlərində yerləşdirilib.
Öz aralarında əhali yerli xınalıq
dilində danışır. Qonaqlarla azərbaycan
dilində ünsiyyətdə olurlar. Yaşlı
nəsildn olanlar(kişilər) rus dilini
bilir.
Kəndin ətrafında sərt qayalıqlarda
qədim qəbirstanlığın qalıqları
var. Burada 5 mərtəbəli daş qəbir
kameralarının olması, həmin ərazininin
yaranma tarixinin daha qədimlərə gedib
çıxmasını təsdiqləyir.
Xınalıqlılar qədim adət-
ənənələrinə hörmətlə
yanaşıb, qoruyub saxlayıblar. Toylar
və digər mərasimlər əvvəllər
olduğu kimi keçirilir. Qədim sənətlərdən
heç biri qorunmayıb. Yalnız yundan
toxuculuq, əsasən rəngli corablar toxunulur.
Kəndə olan diqqətin artdığından
buraya turist axını da çoxalmışdır.
Gündəlik həyata xalq mətbəxinə
və məişət adətlərinə
yeni-yeni adlar daxil olmuşdur. Xınalıqlıların
əsas məşğuliyyətləri
dərman bitkiləri və otların yığılması
və qurudulmasıdır, sonra onlardan həm
mətbəxdə istifadə edilir, həmçinin
gələn qonaqlara satılır. Kənddən
dağ yolu ilə “Şah Yaylağına”
keçərək Xınalıq aşırımına
gəlib çatmaq olar və Qızıl
Qaya dağ massivinə qalxmaq olar (3700 m.).
1997-ci ildə Qızıl Qaya dağ massivinin
zirvələrinin birində ümumxalq
lideri Heydər Əliyevin adına gümüş
lövhə bərkidilib. Xınalıq
aşırımından keçərək
Qusar çayın sahilində yerləşən
ləzgi kəndi Lazaya getmək olar. Aşırımdan
sonra“Şah Yaylağı” adlanan yüksək
dağ yaylasından keçək at cığırı
Laza kəndinə aparır. Xınalıq
kəndi ilə Laza kəndi arasındakı
məsafə 30 km-dir.
Xınalıq sakini Əliyev Əşrəf
turistlərə kənd atla həmçinin
milli güləş, at yarışları
və bazarların keçirildiyi “Şah
Yaylaq” və “Şah Nabat” yaylalarına
atla turların təşkilini təklif
edir.
|
Ev
I
Ev sahibi:
Əliyev Əşrəf
- bir mərtəbəli ev;
- kirayə verilən otaqla - 2
- yataq otağı - 2
- vanna otağı yoxdur |
Ev
II
Ev sahibi:
Baləliyev Tofiq
- bir mərtəbəli ev;
- kirayə verilən otaqlar- 2 - yataq otağı
- 2
- vanna otağı yoxdur |
Ev
II
Ev sahibi:
Bədəlov Hacı
- bir mərtbəli ev;
- şəxsi həyət
- kirayə verilən otaqlar – 2 - yataq otağı
- 2
- vanna otağı yoxdur |
Yerləşdirmə
qiymətləri:
-
bir sutka qalmaq və səhər yeməyi
(1 nəfər üçün) – 10$
- bir sutka qalmaq və 3 dəfə yemək
(1 nəfər üçün) – 15$
Bir
atın kirayə edilməsi:
-
Xınalıq ətrafında ekskursiya,
bir sutkalıq-10$
- “Şah Yaylaq” və “Şah Nabat” kimi
yüksək dağ yaylalarına bir sutkalıq-30$
 Kənddə
əlaqələndirici şəxs:
Əliyev
Əşrəf.
Xınalıq
Qudyal-çayın dağlıq düzündə
yerləşir, bu çayın sol sahilində,
Şərqi Qafqazın yan silsiləsinin
bir hissəsində Xınalıq dağı
ucalır (3713m.). Quba rayon mərkəzi
ilə Xınalıq kəndi arasındakı
məsafə 50km-dir. Xınalığa
gedən yol çınqıllıdır,
bəzi yerlərdə qayalıqlarla əhatə
olunmuşdur Qudyal-çay və Xınalıq
çay kanyonundan keçir. Yol enişli,
yoxuşlu, dar olub, bəzən uçurumların
qırağı ilə keçir. Yolun bu
cür çətinliyi demək olar ki, Xınalığa
gedən yolun tən yarısını
təşkil edir. Yolun qalan hissəsi Qudyal-çay
vadisinin üst hissəsindən keçir.
Bəzi yerlərdə çayın içi
ilə digər maşınların saldığı
iz boyu keçmək lazımdır. Çay
axarı iri daşları gətirdiyinə
görə onu ehtiyatla keçmək lazımdır.
Xınalığa yalnız yüksək
keçidə malik olan “Cip” tipli avtomobil
ilə getmək olar. Yola (50km) 3 saat vaxt
sərf olunur.
Xınalığa digər yolla da Alpan
kəndindən keçərək getmək
olar. Bu yol da çətin, lakin nisbətən
təhlükəsizdir. Bu yolun uzunluğu
63 km-dir və 6 saata dəf edilir. Ən
təhlükəsiz, lakin çox uzun yol
Təngə dərəsindən keçir.
Onun uzunluğu 80 km-dir və 8-9 saata dəf
edilir.
Xınalıq kəndinə Quba şəhəri
avtovağzalından yerli xınalıqlıların
yüksək keçidə malik olan avtomobilləri
ilə getmək olar.
Gediş qiyməti (kəndə və geriyə)
300 000 manat təşkil edir (bütün
avtomobilin kirayəsi nəzərdə tutulur).
XRONOMETRAJ
Marşurut: Quba ş. – Qrız-Dəhnə
kəndi – Jek kəndi – Xınalıq kəndi.
Məsafə: - 51 km, 3 saat 10 dəq.
¹ |
Marşrutun
keçdiyi ərazilər |
Məsafə
(km) |
Vaxt
(dəq) |
Qeyd |
1 |
Quba
ş. – Qəçrəş k. – Qudyal-çay
dərəsi |
12 |
20 |
Quba
şəhərindən Qudyal-çayın
sol sahili ilə dərəyə qədər
məsafəni asfalt yol təşkil
edir |
2 |
Qudyal-çay
dərəsi – Qudyal-çay üzərində
körpü |
8 |
15 |
Körpüdən
yol Qudyal-çayın sağ sahilinə
keçir,çınqıllı və
iri daşlı yol başlayır.
Körpüdən dərhal sonra dik
yoxuş başlayır.Yoldan sağ
tərəfdə kiçik şəlalə
var (5m) |
3 |
Qudyal-çay
üzərində körpü – “Dəhnə”
pansionatı |
2 |
5 |
Yol
daralır, yoxuş davam edir, yol yalnız
düz gedir, “Dəhnə” pansionatı
yol üstündə daşlıq
meydançada yerləşir. Hasara alınmış
bir neçə müasir tipli kotteclər
var |
4 |
“Dəhnə” pansionatı – Qrız-Dəhnə k. |
2 |
10 |
Qrız-Dəhnəyədək
gedən yol dik yuxarı qalxır.
Yol iri daşlarla örtülüdür. |
5 |
Qrız-Dəhnə
k. – Qudyal-çay üzərindəki
körpüyə eniş |
2 |
18 |
Yol
dik enişlə kanyon divarı boyu
Qudyal-çayın yatağına, körpüyə
düşür. Yol daşlı və
çox ensizdir, üzbəüz maşınla
qarşılaşarkən rahat keçmək
mümkün deyil |
6 |
Qudyal-çaydan
kanyona körpü – Qudyal-çayla
Xınalıq-çayın qovuşduğu
dərə |
2 |
10 |
Körpüdən
qrunt yol başlayır, dik olaraq kanyon
boyu yuxarı dövrələnir,
sonra çayların qovuşduğu
dərəyə düşür.
Sərt dağ massivinin əhatəsindəki
dərədən Qudyal-çayın
sol istiqamətinə keçərək,
dik yoxuşa qalxır. |
7 |
Qudyal-çayla
Xınalıq çayın qovuşduğu
dərə, yol ayırıcı-Alik-Jek,Xınalıq |
3 |
25 |
Yol
Qudyal-çayın sol sahili ilə dik
yoxuşla davam edərək, yol ayırıcına
düşür. |
8 |
Yol
ayırıcı Jekə və Xınalığa |
2 |
15 |
Jekə olan yol ayırıcıdan dik enişlə Qudiyal-çaya düşür, çayı keçərək qrunt yolu ilə Jek kəndinə qalxır. |
9 |
Jek
kəndi – Qudyal-çay dərəsi
|
4 |
25 |
Jek
kəndindən qrunt yolu aşırıma
qədər qalxır, sonra daşlıq
ərazi ilə dərhal Qudyal-çay
dərəsinə düşür.
Sağ tərəfdə uzaqdan dağın
döşündə Qal-xudat kəndi
görünür. |
10 |
Qudyal-çay
dərəsi – Xınalıq kəndi |
14 |
45 |
Yol
irəliyə doğru Qudyal-çayın
yatağına düşür və
bir neçə dəfə çayın
sahil xətlərini dəyişir,
sonra yol dik yamaca çıxaraq Xınalıq
kəndinə qalxır. |
Xınalığa
gedən yol Qrız-Dəhnə və Jek
kəndlərindən keçdiyinə görə,
həmin kəndlərin xronometrajları
ayrıca təsvir olunmayıb.
Quba şəhərindən Qrız-Dəhnə
kəndinə qədər olan məsafə
- 24 km, sərf olunan vaxt – 50 dəq.
Quba şəhərindən Jek kəndinə
qədər olan məsafə - 33 km, sərf
olunan vaxt - təqribən 2 saat.
XINALIQA
İKİ GÜNLÜK TURUN PROQRAMI
l
Gün.
- Günün birinci yarısı:
Bakıdan çıxış; Qubaya gəliş
və Xınalığa yoladüşmə;
Qudyal-çayın sahilində piknik-qəlyanaltı,
yol boyu təbii mənzərələrin
seyri.
- Günün ikinci yarısı: Xınalığa
gəliş və kənd evlərində
yerləşmə; Xınalıqda ekskursiya,
kəndin məişət həyatı
və etnoqrafiyası ilə tanışlıq;
Yerli mətbəxdən ibarət şam
yeməyi.
ll
Gün.
-
Günün birinci yarısı: Səhər
yeməyi; atla və ya piyada Yanar dağa
ekskursiya, çay süfrəsi və qəlyanaltı,
ətrafın seyr edilməsi (buradan ətrafa
fantastik mənzərə açılır);
Xınalığa
qayıdış; günorta yeməyi.
- Günün ikinci yarısı: Xınalıqdan
çıxış və Bakıya qayıdış.
Nəzərə alınmalıdır ki,
Qubadan Xınalığa gedən yol yalnız
yüksək keçidli avtomobillərlə
keçilə bilər.
Xınalığa turu “Shabran-D” turizm agentliyində
sifariş edə bilərsiniz.
Əlaqə telefonları: (+994 12) 497 24
79; (+994 50) 672 52 35 |