|
Sədəflə
işlənmiş qaval B.
Balabəyovun əl işi. Bakı.
2001. |
Birüzlü
zərb alətləri qrupuna aiddir. Azərbaycan
ərazisində çox geniş yayılmış
bu alət barədə klassiklərin əsərlərində,
miniatürlərdə kifayət qədər
məlumat verilmişdir. Qaval, bəlkə
də, yeganə alətdir ki, ilkin formasını
dövrümüzə qədər saxlaya
bilmişdir.
Orta
əsrlərdə, əsasən, saray musiqi
məclislərində istifadə edilmişdir.
Bir çox Şərq ölkələrində,
məsələn, Orta Asiya xalqları arasında
qavalın müxtəlif ölçülü
növləri geniş yayılmışdır.
Qaval
bütövlükdə membranlı alət
olsa da, onun idiofonlu alətlərə məxsus
əlamətləri də vardır. Onun
sağanağından asılmış
metal halqalar, bəzi hallarda dörd kiçik
zınqırov, silkələnərək
təkrarolunmaz səs tembri yaradır. Qaval
Ü.Hacıbəyov tərəfindən
xalq çalğı alətləri orkestrinin
tərkibinə əsas alət kimi daxil
edilmiş, onun ilk not partiyasını da
bəstəkar özü yazmışdır.
Ifaçı qavalı hər iki əllə
tutaraq barmaqlarla və şapalaqla ifa edir.
Geniş
ifaçılıq imkanlarına malik olan
bu alətdə trel, tremola, mordent və
başqa çalarlar almaq mümkündür.
Rəng, dəraməd, təsnif və
zərbi muğamların üçlük
tərəfindən ifası zamanı qavalın
iştirakı mütləqdir. Qoz ağacından
hazırlanmış sağanağın
içəri hissəsinə çevrəsi
boyu 60-70 ədəd xırda mis halqalar
bərkidilir. Üzünə xüsusi
üsulla aşılanmış nərə
balığının dərisi çəkilir.
Balıq dərisi nazik və şəffaf
olduğundan onun səs tembri olduqca məlahətlidir.
Eni 60-75 mm, diametri 350-450 mm olur.
|