|
Ney
Azərbaycan
usiqi Mədəniyyəti Dövlət
Muzeyi. 1968. |
Qədim
çalğı alətlərindən hesab
olunur. Onun yaranma tarixi eramızdan çox-çox
əvvəllərə aid edilir. Müxtəlif
növləri Yaxın və Uzaq Şərq
xalqları arasında, eləcə də
dünyanın bir çox ölkələrində
geniş yayılmışdır. Azərbaycanda
neyin bir neçə növü mövcud
olmuşdur.
Neyin
naləsini Füzuli belə təsvir edir:
Nalədəndir
ney kimi avazeyi eşqim bülənd
Nalə
tərkin qılmazam ney tək kəsilsəm
bəndübənd.
XIV-XV əsrlərdə yaşayıb-yaratmış
görkəmli musiqişünas alim Əbdülqadir
Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin
məqsədi) əsərində həmin
dövrlərdə neyin iki növünün:
ağ və qara neyin mövcudluğu barədə
məlumat verir. XX əsrin əvvəllərinə
kimi musiqi dünyasını möcüzəli
səsi ilə ilhama gətirən ney bir
zamanlar tamamilə unudulsa da, son illərdə
yenidən musiqi məclislərinin bəzəyinə
çevrilmişdir.
|
|
Qarğıdan
hazırlanmış ağ neylər
C.
İsmayıllinin şəxsi kolleksiyası.
Bakı. 1996. |
Ağ ney
qarğıdan hazırlanır. Onun uzunluğu
550-600 mm, diametri 20 mm-dir. Üst hissəsində
beş, alt hissəsində isə bir oyuq
olur. Ağ neyi çalarkən ifaçı
alətin baş hissəsinə keçirilmiş
nazik mis borunu qabaq dişlərinin arasında
yerləşdirərək ora hava üfləyir,
dil və dodaqlar vasitəsi ilə səslərin
alınmasına nail olur.
İfaçı
oyuqları qismən və bütöv
açıb-bağlamaqla xromatik səs sıralarını
ala bilir. Müasir neylər baş hissədən,
təxminən, 50 mm aşağıdakı
oyuqdan dodaq vasitəsi ilə üflənərək
ifa edilir. Bu növün ən müasiri
fleyta adı ilə orkestrlərin tərkibində
istifadə olunur.
Hazırda
bir çox Şərq xalqları arasında
fleytanı öz tarixi adı ilə adlandırırlar.
Neydə muğam, mahnı və başqa
musiqi nümunələrini səsləndirmək
mümkündür.
Neyin
diapazonu birinci oktavanın "do" səsindən
ikinci oktavanın "sol " səsinə kimidir.
|