|
Qotluq
naqara
V.
Qafarovun şəxsi kolleksiyası.
Bakı.
|
Nağaranın
bu növü, adətən, zurna, balaban
və başqa alətlər qrupunda istifadə
edilir (şəkil). Əvvəllər
onun üzünə qurd dərisi çəkilərmiş.
Nizami Gəncəvi nağaranı belə
təsvir etmişdir:
Coşdu
qurd gönündən olan nağara, Dünyanın
beynini gətirdi zara.
Hazırda
ansambl və orkestrlərin tərkibində
aparıcı alət kimi çalınan
qoltuq nağaranın rolu böyükdür.
Nağara
ərəb sözü olub, "döyəcləmək",
"taqqıldatmaq" mənasını verir.
Alət hər iki əllə və barmaqlarla
ifa edilir. Bəzi folklor nümunələrində
iki yüngül çubuqla da çalınır.
Çalğı zamanı qoşa şapalaq,
tremolo, trel və çırtma ifa üsullarından
istifadə edilir. Çox güclü səs
dinamikasına malik olan nağarada müxtəlif
tembr çalarlarını almaq mümkündür.
Açıq havada sərbəst çalınır.
Folklor ənənələrində, xalq
oyunu tamaşalarında, eləcə də
"Cəngi", "Yallı" və bu növ rəqslərdə
qoltuq nağaradan istifadə edilir. Sağanağı
qoz, ərik və müxtəlif növ
ağac materiallarından hazırlanan silindrik
formalı qoltuq nağaranın hündürlüyü
350-360 mm, diametri 300-310 mm-dir.
|