|
Rübab
M.
Kərimovun işi. Bakı. 1984.
|
Mizrabla
çalınan simli-dartımlı musiqi
alətidir. Orta əsrlərdə Azərbaycanda
geniş istifadə edilmişdir. Nizaminin,
Nəsiminin, Füzulinin, S.Ə.Şirvaninin
və bir çox klassiklərin yaradıcılığında
rübabın təsviri verilmişdir. X
əsrdə yaşamış görkəmli
alim Əl Fərabiyə görə, rübab
qədim mənşəli Şərq musiqi
alətidir". Orta Asiya xalqları arasında
müxtəlif növləri "kaşqar
rübabı", "tacik rübabı" adları
ilə çox məşhurdur.
Nizami
Gəncəvi incə və zərif rübabı
nəğməkar quşların cəhcəhi
ilə müqayisə edir. Şirvan musiqi
məclislərinin bəzəyi olmuş
rübab Xaqani Şirvaninin əsərində
belə tərənnüm edilir: Mey eşqinə
düşmüş rübab, Qolunda çox
vardır tənab. Çəkmiş bu yolda
çox əzab Quru qamış tək çox
sanar.
XVII
əsrdə çəng ilə rübabın
birlikdə səsləndirilməsinə
işarə edən Qivami Mütərzim
yazır:
Gözlərində
oynar gözəl və şərab,
Qulağında
çalır çəng ilə rübab.
|
Rübab
M.
Kərimovun işi.
Bakı. 1983.
|
XVIII
əsrdən başlayaraq rübab Azərbaycanda
tədricən unudulmuş, dövrümüzə
qədər gəlib çatmamışdır.
Musiqi mədəniyyəti tarixində əhəmiyyətli
rol oynamış rübab yenidən bərpa
edilərək səsləndirilir. Rübab
özünə məxsus çanaq və
uzun qoldan ibarətdir. Çanaq tut, qoz və
ya fıstıq, qol isə qoz ağacından
hazırlanır.
Çanağın
üzünə balıq dərisindən,
yaxud öküz ürəyinin pərdəsindən
hazırlanmış üzlük çəkilir
və ipəkdən, yaxud bağırsaqdan
eşilmiş iki qoşa və bir tək
sim bağlanır. Qolunda 18 pərdəsi
olur. Ümumi uzunluğu 910 mm, çanağının
eni 210 mm, hündürlüyü 80 mm-dir.
Diapazonu
böyük oktavanın "si" səsindən
ikinci oktavanın "mi" səsinə kimidir.
|