|
Tənburlar
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. Bakı.
|
Şirvan
tənburu armudşəkilli olub, saz tipli
alətlər ailəsinə mənsubdur.
İki,
bəzən üç simdən ibarət
çox sadə quruluşlu bu musiqi aləti
indi də Yaxın Şərq və xüsusən
Orta Asiya xalqları arasında geniş
yayılmışdır. Tənburun çox
qədim tarixi vardır. Əl Fərabi
onun islam dinindən əvvəl yaranmasını
qeyd edir. Orta əsrlərdə saray və
folklor musiqisində geniş istifadə
olunan tənbur aləti haqqında klassiklərin
yaradıcılığında və eləcə
də miniatür sənət əsərlərində
kifayət qədər məlumat verilmişdir.
Füzulinin
"Yeddi cam" əsərində tənbur belə
təsvir edilmişdir:
Rəğbət
elə tənburə müğənni
gəl ürəkdən,
Rəğbət
açarı ilə ona bir qapı aç
sən.
Açcaq
bir qapı, zahir olub nəşələr
ondan,
Qəlblər
gülərək daim olar gül kimi xəndan.
O,
orta əsrlərdə Azərbaycanda çox
geniş yayılmış və "Şirvan
tənburu" adı ilə məşhur olmuşdur.
Təbrizlilər tərəfindən çox
sevildiyi üçün sonralar "ŞirvanTəbriz
tənburu" kimi də adlandırılmışdır.
|
Şirvan
tənburu
M.
Kərimovun işi. Bakı. 1982.
|
Tənbur
ifaçılığı Azərbaycanda
XIX əsrin ikinci yarısından etibarən
tədricən tənəzzül etmişdir...
Çoxnövlü alət sayılır.
Onun Bağdad, Xorasan, Hind, Şirvan və
Əfqan növləri mənbələrdə
qeyd edilir. Bəzi növləri kamanla çalınıb
və "ney tənbur"u adlanıb. Şirvan
tənburu kiçik çanaqdan və uzun
qoldan ibarətdir. Çanağı tut,
armud, qolu və kəlləsi qoz, üzü
isə tut və yaxud şam ağacından
hazırlanır. Qoluna 14-17 pərdə
bağlanır. Bundan əlavə, bəzən
alətin üz hissəsinə 34 pərdə
yapışdırılır ki, bunlara
da "xas pərdələr" deyilir. Şirvan
tənburu iki simdən ibarətdir. Alət
barmaqla çalındığına görə
simlər bir-birindən 20 mm aralı yerləşdirilir.
Şirvan tənburunun köklənmə
qaydası da saza bənzəyir. Birinci simdə
melodiya ifa olunur, ikinci sim isə, musiqinin
xarakterindən asılı olaraq, müxtəlif
cür köklənir.
Tənbur
Azərbaycan simli çalğı alətləri
arasında yeganə alətdir ki, sağ
əlin baş və orta barmaqları ilə
ifa olunur. Bəzən sağ əlin şəhadət
barmağına geydirilən üsküyün
altına qoyulmuş mizrab ilə də
çalınır. Tənburun ümumi uzunluğu
940 mm, çanağının uzunluğu
385 mm, eni 200 mm, hündürlüyü
135 mm, qolunun uzunluğu 340 mm, kəlləsinin
uzunluğu isə 120 mm-dir.
Şirvan
tənburunun diapazonu birinci oktavanın "do"
səsindən ikinci oktavanın "mi" səsinə
qədərdir.
|