|
Ud
S.
Zülfüqarovun işi. Şəki.
2000.
|
Əsasən,
Ərəbistan, Türkiyə, İran
və bir çox Şərq xalqları
arasında geniş yayılmış mizrabla
çalınan simli-dartımlı musiqi
alətidir.
Ud
ərəb sözü olub, "ağac" mənasını
daşıyır. Ud haqqında ilk dəfə
Mosullu İshaq İbn İbrahimin (767-849),
daha sonralar isə Əbu Nəsr Fərabinin
(870-950) əsərlərində məlumat
verilir.
Orta
əsrlərdə Yaxın Şərq
mədəniyyətinin inkişafında
udun çox böyük tarixi əhəmiyyəti
olmuşdur. Bir çox qədim musiqi risalələrində
udun qədim tarixə malik olması bildirilir
və yaranması barədə rəvayətlər
söylənilir. Səfiəddin Əbdülmömin
Urməvinin "Kitab əl-ədvar" ("Musiqi
dövrləri haqqında kitab", 1252) əsərini
şərh edən Əbdülqadir Marağai
ud musiqi alətinin peyğəmbərin
nəvələrindən biri tərəfindən
icad edildiyini bildirir. Yazılı mənbələrdə
udun icadını qədim yunan filosofu Platonun
adı ilə bağlayırlar.
Udun
təkmilləşdirilməsində, onun
yeni səs düzümünün yaradılmasında
Səfiəddin (Urməvinin çox böyük
xidməti olmuş və həm də udda
məharətlə çalmışdır.
Udun
özünəməxsus qüdrətli
səsini dahi Füzuli "Yeddi cam" əsərində
belə təsvir etmişdir:
Bir
gün yenə mən nəşəli
bir bəzm düzəltdim,
Mən
bu işi bir hikmət üçün bərqərar
etdim.
Bir
ud sədası bu zaman qalxdı həvayə,
Yandım,
tütünüm çıxdı mənim
övci səmayə.
|
Ud
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi. |
Miniatür
sənət əsərlərində udun
təsvirinə də rast gəlmək
olar. Qədim udun dörd simini od, su, torpaq
və hava ilə müqayisə etmişlər.
Birinci sim "zir", ikinci "məsna", üçüncü
"mislas", dördüncü "bəm" və
sonralar əlavə edilmiş beşinci
sim "had" adlandırılmışdır.
Qədim ud əsrlər boyu quruluş və
forma etibarı ilə islah edilmiş, dövrümüzə
qədər təkmil bir alət kimi gəlib
çatmışdır. Ərəblər
tərəfindən İspaniyaya gətirilmiş
ud, sonralar Qərb ölkələrində
lütnya adı ilə geniş yayılmışdır.
Müasir udun beş qoşa, bir tək
(cəmi on bir) simi olur.
Ud,
çanağı sağ dizin üzərinə
qoyularaq ifa edilir. İpək sap, bağırsaq
və xüsusi kaprondan hazırlanmış
simlər bir-birinə kvarta münasibətində
köklənir. Ud armudvarı çanaqdan,
qol və aşıqlar yerləşən
kəllədən ibarətdir. Alətin
çanağı yığma üsulu ilə
bir neçə hissədən, əsasən,
səndəl, qoz və armud ağaclarından
hazırlanır. 5 mm qalınlığında
olan bu taxta hissələr (qabırğalar)
xüsusi qəliblərdə istiyə
verilərək lazımi ölçüdə
əyilir və hissə-hissə yığılır.
Çanağın üzü 5 mm qalınlığında
şam ağacından hazırlanmış
taxta üzlüklə örtülür.
Ümumi uzunluğu 850 mm olan udun çanağının
eni 350 mm, uzunluğu 480 mm, hündürlüyü
200 mm olur.
Udun
diapazonu böyük oktavanın "mi" səsindən
ikinci oktavanın "fa" səsinə kimidir.
Solo
və müşayiətçi alət kimi
orkestr və ansamblların tərkibinə
daxil edilmişdir.
|