|
Böyük
nağara
C.
Qasımovun şəxsi kolleksiyası.
Bakı. |
Bəzi
regionlarda "toy nağarası" da adlandırılır.
Diametri başqa nağaralardan xeyli böyükdür.
Böyük
nağara heç vaxt tək səsləndirilmir.
Əksər hallarda cürə nağara
ilə birlikdə ifa olunur. Texniki imkanları
başqa nağaralara nisbətən məhduddur.
Böyük
ölçülü kos nağaralar unudulsa
da, onların bir qədər kiçildilmiş
forması hazırda zurnaçılar dəstəsində
istifadə edilir. İki ağac toxmağı
alətin hər iki üzünə zərbə
vurmaqla səsləndirilir. Bu növ nağaralardan
yalnız açıq havada istifadə edilir.
Sağanağı
bərk ağacdan silindrik formada düzəldilir,
üzləri isə dəridən hazırlanır.
Diametri 400-450 mm, hündürlüyü
500-550 mm-dir.
|