|
Çəng
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. 1976. |
Quruluşu
etibarı ilə arfa tipli simliyaylı musiqi
alətidir.
Yaranma
tarixi çox qədimlərə gedib çıxır.
Əsasən, saray məclislərində
istifadə olunan zərif və incə
səsli çəngin ən erkən növləri
iki-çayarası və Misir sivilizasiyalarına
aid edilir.
Azərbaycanın
qədim mədəniyyət mərkəzi
olmuş Bərdə şəhəri yaxınlığında
aparılan arxeoloji qazıntılar zamanı
eramızdan əvvəl IV-III əsrlərə
aid edilən, üzərində çəng
çalan qadın təsvir edilmiş saxsı
qab parçası tapılmışdır.
Tarixi mənbələrdən belə məlum
olur ki, orta əsrlərdə Azərbaycanda
istifadə olunmuş çəngin, təxminən,
18-24 simi olmuşdur. Yazılı mənbələrdə
və miniatür sənət əsərlərində
çəng haqqında məlumat olduqca
çoxdur. Əsasən, qadınların
ifa etdiyi bu aləti
Nizami
"Yeddi gözəl" poemasında belə
təsvir etmişdir:
Çəng
alıb əlinə o dilbər pəri,
Söylədi
çəkdiyi əziyyətləri.
Yayıldı
çəng səsi, düşdü hər
yanə,
Nalə
aşiqləri etdi divanə.
Çəng
sözünün "tutmaq", "yapışmaq"
mənasını verdiyini güman etmək
olar. Onun uzunsov və qövsşəkilli
hissəsi çanağı təşkil
edir. Çanağın açıq üzünə
balıq dərisi çəkilir, aşağı
tərəfinə bərkidilmiş uzunsov
hissə isə qol rolunu oynayır. Bu hissədə
aşıqlar yerləşdirilir. Simlərin
bir ucu çanaq hissədə dəri üzərində
yerləşdirilmiş metal ilgəklərə,
o biri ucları isə taxta aşıqlara
bağlanır. Bərpa olunmuş çəngin
bağırsaqdan və ipək sapdan hazırlanmış
30 simi vardır.
Alətin
ümumi hündürlüyü 930 mm,
çanağının hündürlüyü
850 mm, qolunun uzunluğu 665 mm-dir. Xromatik
sıraya malik 30 səsdən ibarətdir.
Diapazonu
kiçik oktavanın "sol" səsindən
ikinci oktavanın "si" səsinə kimidir.
Çəng solo və ansambl aləti sayılır.
|