The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 
 



DƏF

Alətin səslənməsi
audio
video

Sümüklə işlənmiş dəf
M. Salahovun şəxsi kolleksiyası. Sumqayıt. 1955.

Milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünə məxsus rolu olmuş zərb çalğı alətlərindən biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi.

Xaqani Şirvani dəf barədə belə yazır:

Bir dəf vuran ustanı gör,

Səfsəf duran heyvanı gör,

Dəfdə şikaristanı gör,

Bir-biri ilə cəng arar.

Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır.

Dəfin diametri 250-260 mm, sağanağının qalınlığı 45-50 mm-dir. Hazırda nadir hallarda istifadə olunur.

 

 
           
   
© Musigi Dunyasi