|
Ağac
dümbək
S.
Şəkürniyanın şəxsi
kolleksiyası. Bakı. 1990. |
Qədəhvarı
quruluşa malik qədim zərb alətlərindən
biridir.
Orta əsrlərdə Azərbaycanda geniş
yayılmış bu alət XX əsrin
əvvəllərindən tədricən
unudulmağa başlansa da, hazırda istifadə
olunmaqdadır. Cənub bölgələri
üçün daha xarakterikdir.
Bir
üzünə dana və yaxud keçi
dərisi çəkilən alətin gövdəsi
ilk vaxtlar gildən düzəldilsə
də, hal-hazırda ağac və misdən
hazırlanır. Ümumi hündürlüyü
350-400 mm, diametri 280 mm-dir. Özünə
məxsus bəm tembrinə malik dümbəkdə
müxtəlif ritmlər və səs çalarları
əldə etmək mümkündür.
Azərbaycan
milli musiqi sənətinin inkişafında
nəfəs alətlərinin misilsiz rolu
olmuşdur. Bu alətlərin ilk sadə
nümunələri eramızdan bir neçə
min il əvvəl qarğı və qamışdan
hazırlanmışdır. Bu ənənə
dövrümüzə qədər yaşamış
və bu gün də davam etdirilir.
|
Sazsı
dümbək
F.
Rəhimovun şəxsi kolleksiyası.
Bakı. |
Hazırda
bir neçə nəfəs aləti: ney,
tütək, musiqar, sümsü və
onun növləri qarğı və qamışdan
hazırlanır. Nəfəs alətləri
sümükdən, heyvanların buynuzundan,
gildən, müxtəlif ağac növlərindən,
mis və digər materiallardan da hazırlanır.
Nəfəs alətlərinin texniki və
bədii imkanları o qədər də
geniş deyil. Bu da, hər şeydən
əvvəl, onların səs diapazonunun
məhdudluğu ilə əlaqədardır.
Nəfəs alətləri arasında daha
çox istifadə olunanı zurnadır
ki, onun da səs düzümü iki oktavadan
artıq deyildir.
Nəfəs
alətləri də ifa tərzinə görə
müxtəlifdir.
1.
Müştüklü: zurna, balaban.
2.
Müştüksüz: ney, tütək,
yan tütək.
3.
Körüklü (dərili): tulum, qarmon.
|
|
Saxsı
dümbəklər
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. 1978. |
|
|