|
Metal
sağanaqlı qoşa nağara
V.
Qafarovun şəxsi kolleksiyası.
Bakı. 1995. |
Xalq
musiqisində ən çox istifadə edilən
zərb çalğı alətlərindən
biridir. Adından məlum olduğu kimi,
qoşa nağara bir-birinə bərkidilmiş
iki kiçik
qədəhvarı
nağaradan ibarətdir. Bəzən "qoşa
dumbul" da deyilir.
Bu
alətin hazırlanmasında əvvəllər
gildən, sonralar isə ağacdan və
metaldan istifadə olunmuşdur. Üzləri
dəvə, dana və yaxud keçi dərisindən
hazırlanaraq metal burğular ilə gövdəyə
bərkidilir. Həmin burğuların vasitəsi
ilə alətin köklənməsi də
təmin olunur. Alət yerə və yaxud
xüsusi mizin üzərinə qoyularaq
iki ağac toxmaqla çalınır.
Qoşa nağara
fərdi şəkildə hazırlandığı
üçün ölçüləri müxtəlifdir.
Əksər hallarda hündürlüyü
300-330 mm, böyük gövdəsinin diametri
240-280 mm, kiçiyinin isə 110-140 mm olur.
|
Gildən
hazırlanmış qoşa nağara
M.
Kərimovun şəxsi kolleksiyası.
Bakı. XVIII əsr. |
Milli
musiqinin folklor nümunələrində,
o cümlədən orkestr və ansambllarda
istifadə edilir. Özünə məxsus
səs tembri olan qoşa nağara solo aləti
kimi nadir hallarda səsləndirilir.
|