|
Cürə
nağara
V.
Qafarovun şəxsi kolleksiyası.
Bakı. |
Əsasən,
zurnaçılar dəstəsini müşayiət
edir. Musiqi folklorunda özünə məxsus
rolu və funksiyası vardır. Əsas
nağaradan xeyli kiçik olur. Alətin
adı "cürə" (kiçik) sözü
də bu mənanı verir. Sağanağı
müxtəlif ağac növlərindən
silindrik formada hazırlanır. Üzünə
keçi və yaxud qoyun dərisi çəkilir.
Demək
olar ki, heç vaxt tək istifadə edilmir,
həmişə quruluşları eyni olan
böyük nağara ilə birlikdə
səsləndirilir.
Baş
tərəfi geriyə əyilmiş iki
yüngül çubuqla səsləndirilir.
Diametri 300-320 mm, hündürlüyü
340-360 mm-dir.
|