|
Üç
simli kamança Azərbaycan
tarix muzeyi. XIX əsr. |
Kamanla
çalınan simli musiqi alətidir.
Müxtəlif
növləri başqa adlarla Şərq
və Orta Asiya xalqları arasında yayılmışdır.
Kamança ifaçılığının
Azərbaycanda yüksək inkişafı
XIX əsrin ikinci yarısından başlayaraq
xanəndəlik sənətinin inkişaf
etməsi ilə bağlıdır. İlk
nümunələri balqabaqdan, hind qozundan
hazırlanar, fil sümüyü ilə
bəzədilərmiş. Bir və ikisimli
kamançanın nə vaxtsa yaylı qopuzdan
formalaşması güman edilir.
Kamança
Orta əsr klassiklərinin əsərlərində
geniş təsvir olunmuşdur. XVI əsr
Təbriz rəssamlıq məktəbinin
nümayəndəsi Mir Seyid Əlinin "Musiqi
məclisi" rəsm əsərində bərbət,
dəf və kamança alətləri təsvir
edilmişdir. Əbdülqadir Marağai
əsərlərində başqa musiqi
alətləri ilə yanaşı, kamançanın
da adını çəkmiş və onun
haqqında məlumat vermişdir. XVII əsrdə
Azərbaycana səyahət etmiş alman
səyyahı E.Kempfer kamançanın üçsimli
və bəzən də dördsimli alət
olduğunu, çox gözəl səs tembri
ilə səsləndiyini qeyd edir.
Nizami
Gəncəvinin "Xosrov və Şirin" poemasında
kamança belə təsvir edilir:
Kaman
Musa kimi yanır, inləyir,
Çalan
xanəndəni durub dinləyir.
Oxuyan
bir gözəl qəzəl başladı
Bu
keyfi-işrəti çox alqışladı.
|
|
Sədəflə
işlənmiş kamança
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi. XIX əsr. |
Keçən
əsrdə üçsimli, dördsimli
və hətta beşsimli kamançanın
mövcudluğu məlumdur. Azərbaycan
Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan
XIX əsrə aid beşsimli kamança
bu baxımdan maraqlıdır. Həmin
muzeydə görkəmli bəstəkar
Zülfüqar Hacıbəyova məxsus
olan bir kamança da nümayiş etdirilir.
Üç simdən ibarət olan bu kamançanın
çanaq və qol hissələri yüksək
zövqlə təbii sədəflə
bəzədilmişdir. XIX əsrə aid
edilən bu alətin maraqlı cəhəti
ondan ibarətdir ki, onun çanağı
yarı hissədən şaquli şəkildə
kəsilmiş və üzərinə
dəri çəkilmişdir. Kamança
çanaq, qol və çanağın içərisindən
keçərək, onun hər iki hissəsini
birləşdirən şişdən ibarətdir.
Çanaq, qol və aşıqlar qoz ağacından
xüsusi dəzgahda yonulma üsulu ilə
hazırlanır. Çanağın üzünə
nərə balığının dərisindən
hazırlanmış üzlük çəkilir.
Alətin səslənməsinin yaxşı
təmin edilməsində qol ilə simlər
arasındakı məsafənin dəqiq
təyin edilməsi vacib şərtdir.
Ümumi
uzunluğu 700 mm, çanağının
hündürlüyü 175 mm, eni 195 mm-dir.
Diapazonu
kiçik oktavanın "lya" səsindən
üçüncü oktavanın "lya" səsinə
kimidir. Kamança üçün notlar "sol"
açarında yazılır və yazılışından
bir ton yuxarı səslənir. Xalis kvarta,
kvinta intervalları ilə köklənir.
|