Müxtəlif
ölçülü iki dördbucaq ağac
qutudan ibarətdir. Azərbaycanda Astara,
Masallı, Lənkəran, Cəlilabad rayonlarında
daha çox istifadə edilir.
|
Laqqutu
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi.
|
Nağara,
qoşa nağara, qaval və başqa zərb
alətləri ilə birlikdə müasir
ansambl və orkestrlərin tərkibində
ifa edilir. Laqqutu mizin üzərinə qoyularaq
iki ağac toxmaqla çalınır. Alətin
ölçüləri 250x125x50 mm-dir. Qoz,
ərik, tut, fıstıq ağaclarından
içərisi xüsusi ölçüdə
oyularaq hazırlanır.
Oyuğun
üst hissəsi alt hissəsinə nisbətən
nazik yonulduğundan ifa zamanı xüsusi
səs tembri alınır. Bu alətin adının
etimologiyası, güman ki, onun çıxardığı
səs tembri ilə bağlıdır.
Alətin müxtəlif növləri bir
çox ölkələrdə geniş
yayılıb.
|