|
Rud
M.
Kərimovun işi. 1975. Bakı. |
Qədim
simli çalğı alətidir. Orta əsr
Azərbaycan klassiklərinin əsərlərində
təsvir edilmişdir.
Rud
Nizami Gəncəvinin "İsgəndərnamə"
əsərində belə vəsf olunmuşdur:
Müğənni,
çal rudu, gəl dadıma çat,
Məni
bu amansız yuxudan oyat.
Bəlkə,
rudun səsi axar çay kimi
Dincəltsin
susamış yanar qəlbimi.
Əbdülqadir Marağai risaləsində
rud barədə yazır: "Rud xani: onun səthinin
yarısına kimi dəri çəkilir,
qoluna pərdələr bağlanılır.
4 simli olur. İstifadə qaydası qədim
uddakı kimidir".
|
Rud
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. 1980 |
Əsasən,
saray çalğı aləti sayılan
rud XVI-XVII əsrlərə kimi Azərbaycan
ərazisində istifadə olunub. Araşdırmalardan
məlum olur ki, rudun ilk nümunələrinin
çanağı balqabaqdan, simləri isə
ipək sapdan və yaxud bağırsaqdan
hazırlanıb. Onun xarici görünüşü
də balqabağı xatırladır.
Quruluşu etibarı ilə başqa simli
çalğı alətlərindən fərqlənən
rudun üzünün yarısı balıq
dərisi ilə, qalan hissəsi isə
şam ağacından hazırlanmış
üzlüklə örtülür. İlk
zamanlar barmaqla, sonralar isə yumşaq materialdanı
hazırlanmış mizrabla çalınıb.
Çanağı tut, ərik, qolu və
kəlləsi qoz, aşıqları armud
ağacından hazırlanır. Rudun qoluna
12 pərdə bağlanılır. Bəm
səsə malikdir. Alətin ümumi uzunluğu
860 mm, çanağının uzunluğu
495 mm, eni 335 mm, hündürlüyü
170 mm, qolunun uzunluğu 285 mm-dir.
Səs düzümü böyük oktavanın
"mi" səsindən ikinci oktavanın "si"
səsinə kimidir.
|