|
Sədəflə
işlənmiş tar Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. XX əsrin əvvəlləri.
|
Azərbaycan
simli musiqi alətləri arasında texniki
və dinamik imkanlarına görə müasir
tar ən mükəmməl və təkmil
çalğı alətidir.
Dahi
bəstəkar Üzeyir Hacıbəyov
tarın texniki ifaçılıq imkanlarına,
akustik səslənmə xüsusiyyətlərinə
istinad edərək yazır: "Tar Şərq
musiqi təhsilini artıra bilən alətlərdən
ən qiymətlisi və ən mühümüdür".
"Tar"
sözünün farsca lüğəti
mənası tel, sap deməkdir. Başqa
musiqi alətləri kimi, təbiidir ki,
müasir tar da özündən əvvəlki
qədim simli musiqi alətlərinin əsasında
yaranmış və əsrlər boyu formalaşmışdır.
Tarın
adına Orta əsr klassiklərimizdən
Qətran Təbrizinin, Nizami Gəncəvinin,
Məhəmməd Füzulinin və başqalarının
əsərlərində rast gəlmək
olur.
N.Gəncəvinin
"İsgəndərnamə" əsərində
şair tarı belə təsvir edir:
Müğənni,
tək bircə gecə də çal tar,
Məni
bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın
yolum,
Köçüm,
bu daşlıqdan asudə olum...
Dütar,
setar, çahartar, pənctar və şeştar
kimi simli musiqi alətləri tarın müxtəlif
növləri hesab edilir. Əbdülqadir
Marağai "Məqasid əl-əlhan" əsərində
şeştar (6 simli) barədə məlumat
verərək, onu geniş təsvir etmişdir.
Orta
əsr rəsm əsərlərində
də tarın təsvirinə rast gəlmək
olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin
yağlı boya ilə çəkdiyi "Tarçalan
qız" əsəri bu baxımdan maraqlıdır.
XIX əsrin II yarısında Mirzə Sadıq
Əsəd oğlu (Sadıqcan; 1846-1902)
tərəfindən tarın quruluş
və formasında dəyişikliklər
edilmiş, simlərinin sayı artırılaraq
5dənllə çatdırılmışdır.
O, tarın tutma qaydasında da dəyişikliklər
edərək tarı diz üstündən
sinəyə qaldırmışdır.
|
|
Sədəflə
işlənmiş tar
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi. XX əsrin əvvəlləri.
|
Müasir
tar ifaçılığı XX əsrdə
daha güclü inkişaf mərhələsinə
başlamışdır. Belə ki, 1931-ci
ildə Ü.Hacıbəyov və M.Maqomayevin
təşəbbüsü ilə yaradılmış
ilk notlu xalq çalğı alətləri
orkestrində tar aparıcı alət kimi
əsas yeri tutmuşdur. Əsası Ü.Hacıbəyov
tərəfindərı qoyulmuş notlu
ifaçılıq məktəbi tarın
texniki və bədii imkanlarını daha
da artırmışdır. Tar, əsasən,
muğam üçlüyünün tərkibində
(tar, kamança, qaval) aparıcı alət
kimi istifadə edilib və bu gün də
muğam sənətinin inkişafında
müstəsna rol oynayır. Muğar operalarında
solo oxumaları tarın müşayiətilə
aparılır.
Azərbaycan
bəstəkarları tar ilə orkestr üçün
bir çox irihəcmli konsertlər yazmışlar.
Quruluş və forma etibarı ilə başqa
musiqi alətlərindən fərqli olan
tar, əsasən, üç hissədən
çanaq, qol və kəllədən ibarətdir.
Tarın çanaq hissəsi tutdan, qol və
kəllə hissələri isə qoz ağacından
hazırlanır. Onun uzunluğu 850 mm, çanağının
hündürlüyü 16 mm, eni 185 mm-dir.
Qoluna 22 pərdə bağlanır. Çanagının
üzərinə mal ürəyinin pərdəsi
çəkilir. Müxtəlif diametrli 11
metal simləri vardır. Sümük ya
ebonitdən hazırlanmış kiçik
mizrabla dilləndirilir.
Simlər
üç qrupa bölünür:
1. Ağ, sarı və kök simlər
(hər biri bir olur).
2.
Kök sim (tək qalın sim yalnız
muğamla ifa olunur).
3.
Zəng simlər (cingənə; iki cüt
olur).
|
|
Bəm
tar Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi.
V. Fərzəliyevin işi. 1961.
|
Tar
sinədə üfqi tutulur, sağ əlin
biləyi ilə çanaq hissəsi döşə
sıxılır, simlər baş və
şəhadət barmaqlarının arasında
tutulmuş mizrab vasitəsi ilə ehtizaza
gətirilir. Tarın qolu sol əlin baş
və şəhadət barmaqları arasında
sıxılır, sağ əlin ehtizaza
gətirdiyi simlər sol əlin şəhadət,
orta və adsız barmaqları ilə müxtəlif
pərdələri sıxmaqla çalınır.
İfa zamanı texniki və bədii imkanları
təmin etmək üçün trel və
müxtəlif mizrabvurma üsullarından,
ştrixlərdən istifadə edilir. Üstmizrab,
altmizrab, üst-altmizrab, alt-üstmizrab,
rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst)
və digər ştrixlərdən əlavə,
lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə
barmaq (qlissando) kimi ştrix və üsullardan
da istifadə olunur. İfaçı mizrabı
simə vuraraq tarı döşünə
sıxmaqla səsi uzun müddət dalğalandırır.
Alınmış bu fasilə zamanı
yaranan effekt "xum" adlanır.
Tar
üçün notlar "do" sistemli metsosoprano
açarında yazılır. Tarın səs
düzümü xromatik olub, 2,5 oktavanı
əhatə edir.
Diapazonu
kiçik oktavanın "do" səsindən
ikinci oktavanın "sol" səsinə kimidir.
|
|
|
Oyma
üsulu ilə hazırlanmış
tar
M. Kərimovun işi.
Bakı. 1987. |
Şiraz
tarı
R. Məmmədovun işi. Bakı.
1994. |
Çəlik
tar və saz Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyi.
V. Zimovun işi. 1930. |
|