|
Tütək
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. Bakı. |
Bir
vaxtlar, əsasən, çobanların istifadə
etdiyi üfləmə ağac musiqi aləti
olmuşdur. Bir çox ölkələrdə
tütəyin müxtəlif növləri
çox geniş yayılıb.
Azərbaycanda
böyük və kiçik növləri
orkestr və ansamblların tərkibində,
əsasən, solo aləti kimi istifadə
edilir. Səs tembri mülayim və məlahətlidir.
Boruşəkilli gövdə ərik, qoz,
tut və ya qamışdan hazırlanır.
Uzunluğu
280-300 mm, diametri 20 mm-dir. Gövdənin
üst hissəsində yeddi, alt hissəsində
isə bir oyuq olur. Alətin baş tərəfində
borunun içərisinə yanakı kəsilmiş
ağac tıxac (dil) daxil edilir. Tıxacla
gövdə arasında xüsusi ölçüdə
boşluq saxlanılır ki, həmin hissədən
ağız boşluğuna yığılmış
hava dodaqlar vasitəsi ilə gövdəyə
üflənir.
Sağ
və sol əlin barmaqları ilə oyuqları
açıb-bağlamaqla səs ucalıqlarını
almaq mümkün olur. Onun səs düzümü
kiçik oktavanın "si" səsindən
üçüncü oktavanın "do" səsinə
qədərdir. Mahir ifaçılar bir neçə
səs də əlavə edə bilirlər.
|
|
Qarğı
və ağacdan hazırlanmış
tütəklər
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. Bakı.
|
Ağac
və misdən hazırlanmış
yan tütəklər
Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət
Muzeyi. Bakı. |
|
|
Cildən
düzəldilmiş quş tütəklər
(Qəbələ
rayonu) Arxeologiya və Etnoqrafiya İnstiutu.
|
|
|