Simli
çalğı alətləri, əsasən,
üç hissədən ibarətdir:
1. Çanaq (gövdə). Burada səs rezonansı
yaranır, formalaşır və güclənir.
2. Qol. Çanağa rezonans verən simlər
qolun üstündən keçərək
sol əlin barmaqları ilə hissələrə
bölünür ki, bu da müxtəlif
səslərin alınmasına imkan verir.
3. Baş (kəllə). Burada simlərin
bağlandığı aşıqlar vasitəsi
ilə müxtəlif kök qaydaları
alınır (şəkil 55-56).
|
1. Çanaq.
2. Ox. 3. Dayaq. 4. Simgir. 5. Böyük
xərək. 6. Üz.
7. Simlər.8. Qol. 9. Kiçik xərək.
10. Aşıqlar. 11. Kəllə
|
|
1. Çanaq.
2. Simgir. 3. Böyük xərək.
4. Üz. 5. Ox. 6. Pərdələr.
7. Qol. 8. Kiçik xərək. 9. Kəllə.
10. Aşıqlar. 11. Simlər.
|
Simli
alətlərin çanaqlarının hazırlanma
texnologiyası iki cürdür: 1) Yığma
üsulu ilə, yəni bir neçə
hissə ayrılıqda hazırlanıb
sonra quraşdırılır. Ud, saz, bərbət,
çoğur, çəqanə, səntur,
qanun bu qayda ilə hazırlanır. 2) Bütövyonma
üsulu ilə, yəni müəyyən
ölçüdə kəsilmiş ağac
kötüyünün içərisi oyularaq,
xarici tərəfdən lazımi qalınlığadək
hamarlanır. Tar, kamança, rud, rübab,
tənbur, qopuz, çəng ikinci üsulla
hazırlanır.
Birinci üsulla yığılan çalğı
alətlərinin hazırlanması üçün
əvvəlcədən xüsusi qəlib
hazırlanır. Qəlibin baş hissəsində
"küp", aşağı hissədə
isə "dabancıq" adlanan hissələr
yerləşdirilir. Lazımi ağac növündən
seçilib qurudulmuş taxta material 5 mm qalınlığında
kəsilərək müvafiq ölçülərdə
hazırlanır. Həmin qabırğalar
70-90°C isti suda 20-25 dəqiqə saxlandıqdan
sonra xüsusi qəliblərdə əyilərək
dabancıq və küp üzərində
quraşdırılır. Yığılmış
hissələr dəmir sancaqlarla bir daha
bərkidilir. Qabırğaların sayı
əksər hallarda tək (9, 11) olur.
Hazır olmuş çanağa qol əlavə
edilir. Bu zaman qol ilə çanağın
tarazlığına xüsusi fikir vermək
lazımdır. Qol çanağa birləşdirildikdə
dəqiqliyi tam saxlamaq üçün xüsusi
xətkeşlərdən istifadə edilərək,
qolun kəllə ilə birləşdiyi
hissə 5 mm aralı qoyulur ki, simlər
köklənərkən qol qabağa gəlib
öz yerini alsın. Çanaq ilə qol
birləşdikdən sonra üz hissəsi
quraşdırılır. 5 mm qalınlığında
tut və ya qoz ağacından hazırlanmış
üzlük əsasən, bəzir və
ya zeytun yağı ilə yağlanıb
bir neçə gün saxlanılır.
Ta yağı tamamilə özünə
çəkdikdən sonra o, odun üstünə
tutularaq qurudulur (bişirilir). Bir neçə
gündən sonra bu proses bir daha təkrar
edilir. Hazır olmuş üzlük xüsusi
ağac yapışqanı ilə çanağın
üzərinə bərkidilir.
Alətin quraşdırılmasında,
əsasən, sümükdən və
balıq yağından bişirilərək
hazırlanmış taxta yapışqandan
istifadə edilir. Hissələr hamarlandıqdan
və təmizləndikdən sonra üzərlərinə
isti halda nazik yapışqan sürtülür
və üst-üstə qoyularaq güclü
təzyiqlə sıxılır. Bütün
hissələr birləşdikdən sonra
aşıqlar və pərdələr
quraşdırılır.
İkinci üsulla hazırlanan, yəni
çanaqları bütöv yonulan çalğı
alətləri üçün seçilmiş
ağac növünün kəsilmə
vaxtı mütləq nəzərə
alınmalıdır. (Ümumiyyətlə,
ağacların şirəvermə dərəcəsi
ən çox yanvar, fevral aylarında azalır.
Çanağın hazırlanması üçün
nəzərdə tutulmuş ağacı
da bu aylarda kəsmək lazımdır.
Bu, onunla əlaqədardır ki, şirəsi
çox olan ağacdan hazırlanmış
çanaq bir qədər quruduqdan sonra çatlayır
və yaxud deformasiyaya uğrayır. Çanaq
yonulduqdan sonra uzun müddət xüsusi
temperaturda, qaranlıq yerdə ən azı
2-3 il qurudulmalıdır.
İstənilən çalğı alətinin
çanağını hazırlamaq üçün
kəsilmiş ağac gövdəsini ikiyə
bölüb, özəyi çıxarmaq
lazımdır. İkiyə bölünmüş
parçaların kəsilmiş üzləri
hamarlanır, nəzərdə tutulmuş
alətin ülgüsü çəkilərək
içərisi oyulur. Tutdan hazırlanan alətlərin
çanağını yaş-yaş oymaq
daha asan olur. Təcrübə göstərir
ki, yaşı çox və özəyi
boş olan ağacdan istifadə etmək
məqsədəuyğun deyildir.
Alətin səslənməsi onun necə
quraşdırılmasından çox asılıdır.
Çanaqlar tam quruduqdan sonra onun iç və
çöl tərəfləri bir qədər
də yonulub hamarlanır və bundan sonra
qol, kəllə və başqa hissələri
quraşdırılır. Çanağın
üzü mal ürəyinin pərdəsi
və ya balıq dərisi ilə örtülür.
Çanağın üzərində qoyulmuş
böyük xərək simlərin ehtizazını
qəbul edir və çanağın daxilindəki
boşluğa verir. Bu boşluqda formalaşan
səs dalğaları yenidən üz
hissəyə qayıdır. Bu halın
bir neçə dəfə təkrarı
nəticəsində səs güclənir,
uzanır, beləliklə, dolğun tembrli
səs çalarları əldə olunur.
Qol hissəni hazırlayarkən materialın
möhkəmliyinə xüsusi fikir vermək
lazımdır, çünki alət kökləndikdə
güclü təzyiq altında olan qolda
əyilmə (çəngəl) ola bilər.
Aşıqların hazırlanması üçün
ən yaxşı material armud ağacı
sayılır. Ondan hazırlanmış
aşıqlar kökü dəqiq saxlayır,
atmosfer təzyiqinə davamlı olur.
Simli çalğı alətində metal,
kapron, ipək və bağırsaqdan hazırlanmış
simlər istifadə olunur. Metaldan olan simlər
daha güclü və təmiz səs versə
də, ifa zamanı barmaqla sıxarkən
ipək və bağırsaqdan hazırlanmış
simlərə nisbətən daha sərt
olur. Simlər hər alətdə müxtəlif
diametrdə olur və baş tərəfi
ilgək edilərək çanağın
aşağı tərəfində yerləşdirilmiş
xüsusi simgirlərə keçirilir. Simgir
metal, ebonit və yaxud möhkəm ağac
materialından hazırlanır.
Müxtəlif dövrlərdə Azərbaycan
ərazisində musiqi alətlərini hazırlayan
məşhur sənətkarlar olmuşdur.
Hazırda Bakıda və respublikanın
digər rayonlarında onlarla peşəkar
el sənətkarı bu ənənəni
davam etdirir.
|