|
|
|
|
|
|
Girdiman-çay
dərəsi |
|
Lahıc
kəndi |
|
Girdimançayın
sağ kənarı ilə qədim
yol |
|
Lahıcın
küçələri |
|
Lahıc
qəsəbəsi
(İsmayıllı rayonu)
TARIX
Lahıc
qəsəbəsi Böyük Qafqazın
ətəyində, Girdiman-çayın
sahilində yerləşir. Lahıcın
daxil olduğu İsmayıllı rayonu
e.ə. lV əsrdən Azərbaycanda mövcud
olmuş Albaniya dövlətinin ərazisinə
daxil idi. l -V əsrlərdə Albaniya dövlətinin
paytaxtı bu rayonun qonşuluğunda yerləşən
Qəbələ şəhəri idi.
Erkən orta əsrlərdə indiki Lahıc
ərazisində müxtəlif tayfalar məskunlaşmışdır.
Məskunlaşanlar içərisində
iran dilli tayfalar üstünlük təşkil
edirdi. Lahıcın 1500 illik tarixi vardır.
Lahıc qəsəbəsinin yaradılmasını
lll – Vll əsrlərə aid edirlər.
Tarixi mənbələrdə Lahıc “Əl-Axbaz”,”Lancan”,
“Əl-Əycan”, “Layican” adları kimi qeyd
olunub. Bir çoxları “Lahıcı” tayfa
adı ilə əlaqələndir, digərləri
İranın Layican əyalətindən
gəlmişlər və həmin adı
qoruyub saxladıqlarını guman edirlər.
Deyilənlərə görə Lahıc
Sasanı şahı l Keyxosrov tərəfindən
salınmışdır. Onun idarəçiliyi
dövründə İran – Turan muharibələri
gedirdi və l Keyxosrov hakimiyyətdən
əl çəkərək İranı
tərk edib Lahıca gəlir. Lahıcın
gözəlliyi, iqlimi, təbiəti şahı
cəlb etdiyindən, ömrünün
axırına qədər Lahıcda qalmağı
qərarlaşdırır. İranın
Lahican əyalətinin şərəfinə
bu yerləri Lahıc adlandırır. Hətta
Lahıcın köhnə qəbirstanlığında
Keyxosrovun qəbri olduğu guman edilir.
Lahıc qəsəbəsində tatlar
yaşayır. Tatlar lV əsrdə Sasanilər
tərəfindən Azərbaycan əraizisinə
köçürülmüş irandilli
əhalinin nəsilindən olanlardır.
|
Tat
sözü tür dilində “yad”, “özgə”
deməkdir. Tat dili fars dilinə yaxın
olmaqla, Hind-avropa dil ailəsinin İran
dil qrupuna aiddir. Etnik mənşəinə
görə əhali tat olsa da, özlərini
lahıclı adlandırırlar.
Lahıc qədim sənətkarlıq mərkəzi
kimi inkişaf etmişdir. XVlll-XlX əsrlərdə
qəsəbə mis qablar və silah istehsalının
əsas mərkəzlərindən biri
sayılırdı. Məmulatlar yüksək
zövqlə və mürəkkəb naxışlarla
bəzədilirdi. XlX əsrin ortalarında
Lahıcda 200 dən artıq sənətkar
emalatxanaları fəaliyyət göstərirdi.
Burada 127 növ peşə istiqamətləri
olmuşdur. |