|
|
|
|
|
|
Nic
kəndində Cotaari kilsəsi |
|
Udilərin
xaç forması |
|
Qədim
Qəbələnin Qala qalıqları |
|
Komrat
dağında məbəd |
|
Nic
kəndi |
|
Nic
kəndi |
|
Nic
kəndi |
|
Nic
kəndi |
|
Nic
kəndi |
|
Nic kəndi
(Qəbələ rayonu)
TARIX
Nic
kəndi Qəbələ rayonundan 40 km
cənub-qərbdə yerləşir. Kənddə
etnik qrup olan udilər yaşayır. Əhalinin
sayı 4000 nəfərdir. Udilərə
aid ilk məlumat hələ 2500 il bundan
əvvəl verilmişdir. Bu etnosun əcdadları
olan utilər haqqında e.ə. V əsr
yunan müəllifi Herodotun “Tarix” əsərində
məlumat var. E.ə. l əsrdə yaşamış
Strabonun “Coğrafiya” əsərində
Xəzər dənizi və Qafqaz Albaniyası
haqqında məlumatında utilərdən
danışılır. Udi sözünə
termin kimi ilk dəfə Böyük Plininin
(l əsr) “Həqiqi tarix” əsərində
rast gəlinir. Ptolomeyin (ll əsr) “Coğrafiya”
əsərində, Xəzər dənizinin
ətrafında müxtəlif tayfaların,
o cümlədən – udilərin yaşadığı
göstərir. Utilər Alban çarlığının
yaranmasında mühüm rolu olan 26 alban
tayfalarından biridir.
Utilər haqqında daha ətraflı Vlll
əsrdə yaşamış Moisey Kalankatlunun
“Alban tarixi” əsərində məlumat
verilmişdir. O, özünü uti tayfalarına
aid edir. O, Aranda 26 alban tayfalarının
olması haqda məlumat verir: “Onun (Aranın)
oğlundan Uti, Qardman, Çavdey, Qarqar knyazlıqları
yaranmışdır”.
Vll əsrdə ərəblərin Azərbaycanı
işğal etdikdə və bütün
ölkəni ərəb xilafətlinə
qatanda əhalinin böyük hissəsinə,
o cümlədən utilərə islam
dinini qəbul etdirirlər. Lakin onların
bir hissəsi əvvəlki inamlarını
saxlayırlar. Hələ Vl əsrdə
aftokefal alban kilsəsini güclə öz
tabeliyinə cəlb etmək cəhdlərinin
olmuş, Vll əsrdə ərəb xilafətinin
icazəsi ilə erməni – qriqoryan kilsəsinin
tərkibinə daxil edilmişdir. Alban katalikosunun
qalmasına baxmayaraq, aktiv olaraq alban – xristianların
etnik köklərinin dəyişdirilməsi
və erməniləşdirilməsi siyasəti
gedirdi. Nəticədə, Dağlıq
Qarabağda onlar bütovlükdə öz
dil və mədəniyyətlərini itirmiş
oldular. Qəbələ və Oğuz ərazisində
udilər öz adət - ənənlərini
və dillərini (yazısız) qoruyub
saxlaya bilmişlər. 1836-cı ildə
rus pravoslav kilsəsi və rusiya idarəçiliyi
alban katalikosunun taxtını və dəftərxanasını
ləğv etdikdən sonra, udin – xristianlar
erməni kilsəsinin tam təsiri altına
düşürlər. Azərbaycanda islam
dininin yayılması və türk dilinin
inkişafı ilə əlaqədar, Azərbaycan
xalqının uzunmüddət formalaşması
ilə vahid – azərbaycanlı etnosu yaranmışdır.
Lakin udi – xristianlar bu günkü günümüzə
qədər etnik qrup kimi öz dillərini,
maddi və mənəvi mədəniyyətlərini
qoruyub saxlamışlar. Udi dili qafqaz dil
ailəsinə aiddir. Lakin udilər Azərbaycan
xalqının əcdadlarından biri hasab
edilir.
Udilər xristian dininə sitayiş edirlər.
Oğuz rayonunda yaşayan udilər pravoslavdırlar.
Bayram mərasimləri köhnə udi adətləri
və xristian dini adətlərinin qarışığını
özündə əks etdirir. 1854 – cü
ildə Nicdə ilk udi məktəbi açılır.
Daha sonra Oğuzda kənd təsərrüfatı
məktəbi yaradılır. Burada dərslər
rus dilində keçirilirdi. Müəllimlər
içərisində yerli sakinlərdən
- udilər də var idi. Təhsili davam
etdirmək üçün udilər Moskvaya,
Kozlova (kommersiya məktəbi), Qoriyə
(dini seminariya), Tiflisə (orta kommersiya məktəbi)
gedirdilər. 1931 – 1933-cü illərdə
udilər təhsili doğma dillərində,
1937 – ci ildən Azərbaycanda azərbaycan
və rus dillərində, Gürcüstanda
gürcü dilində alırdılar.
Ali təhsilləri Bakı, Tiflis və
Rusiyanın şəhərlərində
alırdılar. |
Hətta erməni dilini bilənlər belə
Ermənistanın texnikum və ali məktəblərində
təhsil almaq arzusunda olmayıblar. 1992
– ci ildə Azərbaycan Respublikasının
prezidenti ”Azərbaycan Respublikasında mövcud
olan milli azlıqların, azsaylı xalqalrın
və etnik qrupların hüquq və azadlıqlarının
qorunması, onların dil və mədəniyyətlərinin
qorunması və inkişafı” barədə
fərman imzalamışdır. Bu sənəd
keçmiş sovet respublikaları içərisində
qəbul olunmuş sənəddir.
1989 – cu il göstəricisinə görə
dünyada udilərin sayı – 8.652 nəfər
təşkil edir ki, bunlardan 6.125 nəfəri
Azərbaycanın payına düşür. |