|
|
|
|
|
|
Qum
kəndi |
|
Qum
kəndi |
|
Qaraçay
kənarında təpəlikdə
Söhüb qalası |
|
Qum kəndi
(Qax rayonu)
TARİX
Kənd
əhalisini saxurlar təşkil edir. Saxurlar
Azərbaycanda mövcud olan qədim xalqlardan
biridir. Saxurların tarixi məskunlaşma
yeri Kür – Alazan vadisi və Samur çayının
yuxarı hissəsi olmuşdur.
Özlərini yikiy (yixıy) adlandırırlar.
Saxurların həmin ərazilərdə
yerləşməsi barədə XlX əsrə
aid tarixi məlumat və xalq rəvayətləri
mövcuddur. Elmdə saxurların alban tayfalarından
biri olan ciqbalarla genetik əlaqəsi olması
güman edilir. Azərbaycan ərazisində
müxtəlif etnosların üstünlük
təşkil etməsində alban tayfaları
böyük rol oynamışdırlar.
Alban tayfalarının yayılma arealı
Azərbaycan ərazisi və Dağıstan
ərazisini əhatə edir. Hələ
400 il bundan əvvəl Samur-çay dərələrinin
birində mövcud olmuş Saxur kəndindən
gəlmələr Qafqaz silsiləsinin qərb
hissəsinə keçərək Sarıbaş
kəndinin əsasını qoymuşlar.
Hal hazırda mövcud olan Sarıbaş
kəndi tarixi-memarlıq abidələri
ilə zəngindir. Daha sonra saxurların
yayılma arealı genişlənmidir.
Saxurlar islam dininə sitayiş edirlər.
Öz aralarında saxur dilində danışırlar.
Alban saxurlar Qafqaz Albaniyası dövlətinin
inkişafında mühüm yer tutmuşlar
və ilk xristianlığı qəbul
edənlər sayılırlar.
|