|
|
|
|
|
|
Qızılqaya
dağ massivi |
|
Xınalıq
kəndinin ümumi görünüşü |
|
Xınalıq
kəndinin ümumi görünüşü |
|
Xınalıq
kəndi
(Quba rayonu)
Xınalıq
kəndində Şahdağ qrupuna aid olan
etnik xınalıqlılar yaşayırlar
(özlərini ketş adlandırırlar).
Xınalıq kəndi Böyük Qafqaz
dağlarının 2300 m. yüksəkliyində
yerləşir. Kənd əhalisi dünyada
ona heç oxşarı olmayan unikal bir dildə
danışırlar. Tarixən xınalıqlılar,
indiki Azərbaycan ərazisi sayılan Qafqaz
Albaniyasında yaşayan xalgların törəmələridir.
Tarixçilərin ehtimalına görə,
Xınalıq kəndi hələ bizim
eramızdan əvvəl salınıb.
Xınalıqlıların əcdadları
barədə məlumatlara Strabon və
Plininin əsərlərində rast gəlinir.
Qədim dövrlərdən bəri, indiki
xınalıqlıların həyat tərzində
çox da böyük dəyişikliklər
baş verməmişdir. Xınalıqlılar
özlərini Nuh peyğəmbərin
nəslindən olanlar kimi sayırlar. Xınalıqlıların
fikrincə, Nuh peyğəmbərin tufanı
dövründə Ketş kəndi Ketş
dağlarında yerləşirdi. Sonradan
Allah tərəfindən baş verən
zəlzələ zamanı orada heç
bir ev salamat qalmamışdır, bütün
evlər dağılmışdır. Əhalinin
çox hissəsi tələf olmuşdur.
Sağ qalanlar isə, çayı keçərək
kiçik bir təpəyə qalxmışlar.
Və beləliklə Xınalıq yaranmışdır.
Xınalıqlılar hesab edirlər ki,
tufandan sonra Nuhun oğulları-Sim və
Xam müxtəlif yerlərə köç
etdilər və yalnız Yafət öz
oğulları ilə həmin yerlərdə
qaldı. Və buradan qafqaz xalqı törəndi.
|