|
|
|
|
|
|
Misgərlik
dükanları |
|
Lahıc
sənətkarlıq nümunələri
|
|
Lahıcın
mərkəzində məscid |
|
Lahıc
qəsəbəsi
(İsmayıllı rayonu)
NƏ GÖRMƏK OLAR
Lahıc
ölkəmizdə ən məşhur
turist obyektlərindən biridir. Qəsəbə
Böyük Qafqazın ətəyində,
Girdiman-çayın sahilində yerləşir.
Qəsəbə kiçik Lülo çayı
vasitəsilə iki hissəyə bölünür.
Cənub tərəf Lahıc, şimal
tərəf isə Aragird adlanır. Qəsəbədə
Zəvəro, Muradan, Ağalı, Bədəvan
və Piştə məhəllələri
var. Hər məhəllənin öz küçələri,
dalanları, bulaqları,dəyirmanları,
hamamı, məscid və mədrəsəsi
var idi. Lahıc öz arxitekturası, adət-ənənələri,
sənətkarların yaratdıqları
tətbiqi – sənət nümunələri
ilə məşhurdur.
Bu günkü günümüzə dək
misgərlik sənəti qorunub saxlanılmışdır.
Lahıcın misgərlik nümunələri
dünyada məşhurdur. Misgərlik emalatxanalarında
ustaların işlərinə baxmaqla bərabər,
bir neçə sənətkar sirlərini
də öyrənmək olar. Arzu edənlər
hədiyyə olaraq mis məmulatları
ala bilər.
Qəsəbə tarixi abidələrlə
zəngin olduğundan, muzey tipli qoruq və
Şahdağ Milli Parkının hissəsi
sayılır. Lahıcın yaxınlığında
Girdiman Alban dövlətinin şahı
Cavanşirin qalası vardır. |
Kənddə
fəaliyyət göstərən etnoqrafiya
muzeyində kəndin keçmişi, köhnə
məişət əşyaları ilə
tanış olmaq olar. Tatların və
azərbaycanlıların uzun müddət
qaynayıb qarışması adət-ənələrdə,
təsərüffat həyatında, mədəniyyətində
ümumi oxşarlıq özünü
göstərir. Əhali tat dilindən əlavə
azərbaycan dilinə üstünlük
verilir.
Lahıcın gözəlliklərindən
biri də Niyal dağdır. Niyal dağı
dəvə belinə oxşar 9 yaldan ibarətdir.
Bu yal silsiləsi dəvə karvanını
xatırladır. Kənd ətrafında
çay dərələri boyu at gəzintisi
etmək olar. |