|
|
|
|
|
|
Kəndin
ümumi görünüşü
|
|
Kəndin
ümumi görünüşü
|
|
Kəndin
ümumi görünüşü
|
|
Kəndin
ümumi görünüşü
|
|
Qaraçay
kanyonu |
|
Kəndin
ümumi görünüşü
|
|
Kəndin
ümumi görünüşü
|
|
Kəndin
ümumi görünüşü
|
|
Buduq kəndi
(Quba rayonu)
Buduq
kəndində buduq dilində danışan,
buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi
və etnoqrafik tərəfdən çox
az araşdırılıb. Buduqluların
mədəniyyətləri də dilləri
kimi qrızlıların mədəniyyətnə
çox yaxındır. Əldə olan məlumata
görə, Buduq kəndinin əsası
Qafqaz Albaniyası dövründə qoyulmuşdur.
Əhalinin Sasani qoşunlarının qəfil
basqınlarından qorunması üçün,
kənd çətin keçilən yerdə
salınmışdır. (276-ci ildən
651-ci ilə qədər şimali Azərbaycanın
bir hissəsi İran dövləti olan
Sasanilər tərəfindən işğal
olunmuşdur).
Buduqlular kənd yolların keçilməsinin
yalnız yay mövsümündə mümkün
olduğu, tam ayrı bir ərazidə məskən
salıblar. Buduqlular həmin ərazilərin
ilkin sakinləridir. Kəndin yaxınlığında
yerləşən Küləxana və
Əmbərə dağında olan mağaralar,
burada qədim sakinlərin mövcud olmasından
xəbər verir.
“Buduq” sözü qədim türk dillərində
“dəliqanlı, hirsli” mənasını
verir. “Buduq” oykonimi buduqlulara qonşu xalqlar,
etnik qruplar tərəfində verilmiş
addır. Buduqlular isə özlərini
“budad” adlandırırlar.
Buduqlulara dair əldə olunan ilk tarixi
məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində
yaşamış, Fəzlullah Rəşidəddinin
“came ət – təvarix” (tarixlərin toplusu)
əsərində verilmişdir. Müəllif
öz əsərində qeyd edir ki, bu qəbilə
Tumbine xanın 5- ci oğlu Bat – Kulkinin
nəslindən şaxələnmişdir.
Çingiz xanın dövründə onların
başçısı Uriday idi. Çingiz
xan Tayciut qəbiləsi ilə vuruşduğu
vaxt, budatlar Çingiz xanla müttəfiq
idilər və onun qoşununa birləşmişdilər.
Budatlardan çoxlu əmirlər olmubmuş
lakin hal – hazırda adları məlum deyil.
Buduqlularla bağlı ilk rəsmi sənəd
isə 1607 – ci ildə Səfəvi hökmdarı
l Şah Abbas tərəfindən verilmiş
fərmandır. Buduq və buduqlular barədə
XVlll və XlX əsrin əvvəllərində
verilmiş Quba xanlarının – Həsənəli
xanın, Fətəli xanın, Şeyxəli
xanın fərmanları xüsusi əhəmiyyət
kəsb edir.
A. A. Bakıxanovun “Gülüstani–İrəm”
əsərində Buduğa və buduqlulara
müəyyən yer verilmişdir. XVlll
əsrdə Buduq eyni adlı mahalın
mərkəzi olmuşdur.
Buduqlular tarixən nəsillərə böyük
və ya kiçik ailə birliklərinə
bölünmüşlər və indi
də həmin nəsillərin adı ilə
tanınırlar. Kəndin qəbirstanlığında
hər bir nəslin öz yeri olmuşdur.
XX əsrin əvvəllərinə kimi
Buduqun əhaliis 2500-3000 nəfər təşkil
edirdi. Hal-hazırda kənddə 200-300nəfər
əhali var. Sosial-iqtisadi şəraitlə
əlaqədar olaraq sakinlərin çox
hissəsi kəndi tərk etmişlər. |