|
|
|
|
|
|
Qrız-Dəhnə
kəndi |
|
Qrız-Dəhnə
kəndi |
|
Qrız-Dəhnə
kəndi |
|
Qrız – Dəhnə kəndi
(Quba rayonu)
TARİX
Kənddə
“şahdağ” etnik qrupuna aid olan qrızlılar
yaşayır. “Şahdağ” etnik qrupuna
aid olan dillər Qafqaz dillərinə daxildir.
Bu dillərdən qrız və buduq dilləri
bir-birilərinə oxşarlıq təşkil
edərək, ləzgi dilinə yaxındır.
Qrızlıların tarixinə gəldıkdə
isə, demək olar ki, öyrənilməyib.
Bu yaxınlarda gənc fransız tədqiqatçısı
Jil Otye Fransanın şərq dilləri
və sivilizasiya institunda “ Qrız dilinin
şərhi. Azərbaycanın şimal-şərqində
Qafqaz dillərinin tədqiqi” mövzusunda
doktorluq işini müdafiə etmişdir.
Alim öz araşdırmasında heç
bir əlifbaya və qrammatikaya malik olmayan
bu dildə, yalnız yüksək dağlıqda
yaşayan bir neçə yüz adamın
qeyd edir.
Bununla da alim hesab edir ki, qrız dili nə
azərbaycanlıların danışdıqları
azəri türkcəsinə, nə də
hind-avropa dil qrupuna aid olan Qafqazda yaşayan
tatların, osetin və talışların
danışdıqları dillərlə
heç bir əlaqəsi yoxdur. Mövcud
fakt bu dilin və həmin dilin daşıyıcıları
sayılan qrızlıların qədimliyindən
söhbət açır. Qrızlıların
əsas məşğuliyyəti maldarlıqdır.
|