The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 


 
Lazanın görünüşü  
Lazanın görünüşü
Kənd ətrafında qala qalıqları
Kənd ətrafında qala qalıqları

Laza kəndi
(Qusar rayonu)

 

TARİX

Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Eyni adlı kənd Qəbələ rayonunda Baş Qafqaz sıra dağlarının şimal-qərb hissəsində, Dəmiraparan çayı üzərində salınıb. Rəvayətə görə oraya Qusar r-nun Laza kəndində yaşayan əhalinin əcdadları köçmüşdür. Kənddə etnoqrafik ləzgilər yaçayır. Onların ulu babaları Azərbaycanın ərazisində ən qədim dövlət olan qədim Albaniya ilə bağlı olan leqlər olub. Hələ antik dövr müəlliflərinin əsərlərində Azərbaycanın şimal hissəsində yaşayan qafqazdilli tayfalar haqqında qeyd olunmuşdur ki, bunlardan muasir ləzgilərin əcdadları sayılan, leqlər haqqında da söhbət açılır. Son tarixi araşdırmalar nəticəsində aydın olub ki, leqlərin əsas etnik əraziləri muasir Dağstanın cənubunda, Samur şayın sol sahilində mövcud olmuşdur. Lakin yüzilliklər ərzində, ləzgi tayfalarının bir hissəsi tədricən cənuba doğru, dağətəyi və xəzəryani zonalara hərəkət etmişlər. Bu kimi vəziyyət ləzgilərdə XX əsrə qədər saxlanılmışdır. Qeyd etmək lazımdır ki, ləzgi xalqının tarixi müqəddəratı Azərbaycan və azərbaycanlılar ilə tam bağlıdır. Hələ ərəb və fars işğalları zamanı və həmçinin Azərbaycanda mövcud olmuş müstəqil feodal dövlətləri zamanı ləzgilər azərbaycanlılarla və digər xalqlarla birlikdə inidiki yerləşdikləri Azərbaycan ərazisinə daxil idilər.

Kəndin sakinləri adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar. Yayda sürülərini “Şah Yaylaq” və “Şah Nabat” kimi yüksək dağ otlaqlarına sürürlər. Əhali öz aralarında doğma ləzgi dillərində danışırlar. Ləzgi dili Dağıstan qrupunun qafqaz dillərinə daxildir, və bunun üçün xalqın yüksək mənəvi mədəniyyəti formalaşmışdır. Qonaqlarla sərbəst azərbaycan dilində danışırlar. Orta yaşlı nəslin nümayəndələri (kişilər) müəyyən qədər rus dilində danışa bilirlər. Son zamanlar Şahdaq, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylalarına çıxmaq üçün gələn xarici turistlərin sayı artdığından məktəblilər ingilis dili öyrənir.

Kəndin 130 nəfər əhalisi 26 evdə yaşayır. 4 illik ibtidai təhsil məktəbi var. İslam dininə sitayiş edirlər (sünnülərdir).

 

 

 
           
   
© Musigi Dunyasi