The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 


 
Buduq kəndi  
Qaraçay dərəsində Sükut qalası daxması  
Bənövşə piri  
Buduq kəndi  

Buduq kəndi
(Quba rayonu)

NƏ GÖRMƏK OLAR

Buduq kəndi Qara-çayın sağ sahilində, 300 m hündürlükdə kiçik bir dağ yaylasında yerləşir.

Kəndin yerləşdiyi vəziyyət strateji cəhətdən böyük üstünlüklərə malikdir. Evlər sıra ilə yaylanın yuxarı hissəsində yerləşir. Kənddən təxminən 2-3km yuxarı, alp çəmənliklərində Qazma Buduq kənd sakinlərinin evləri var. Buduq kəndi, təxminən 200 sakini olan 35 evdən ibarətdir. Yastı sahələr az olduğundan evlər çox sıx yerləşdirilib. Evlər qədim, yonulumuş daşdan, divarlara taxtadan arakəsmələr salınıb, bu da evləri zəlzələyə dözümlü edir. Əhali az danışan lakin qonaqpərvərdirlər. Buduq sakinləri toy, dəfn və digər ailə təntənələrində öz etnik adət - ənənlərinə sadiq qalırlar. Evlərin içərisi əjdadlarının toxuduqları xalça və palazlarla örtülüb. İndiki dövrdə peşələrin bir çoxu unudulub. Çətin vaxtlarda kənd sakinlərinin çoxu qədim mis qabları və digər qədim əşyaları satmışdılar.

Böyük təntənələr zamanı açıq havada güləşmə və digər milli oyunlar təşkil olunur. Kənddə yalnız iki bulaq var ki, sakinlər mis səhənglər və gil qablarla bunlardan evlərə su daşıyırlar. Buduqlular çox təvazökarlıqla əkinçilik və bostançılıqla məşğul olurlar. Maldarlıq çox inkişaf edib. Yayın ortalarında sakinlər heyvanlar üçün yem tədarükü üçün otlaqlara gedirlər.

Kənddə 9 illik təhsilli məktəb və kənd bələdiyyəsi fəaliyyət göstərir. Kənddə yeməkxana və digər içtimai binalar yoxdur. Lakin yerli sakinlərin bişirdikləri yerli mətbəxtdən dadmaq yernə düşər.

Buduq kəndindən yuxarıda yerləşən Qazmalardan qədim zamanlarda Buduqa saxsı süd boruları mövcud olmuşdur. Yerli əhalinin dediyinə görə XX əsrin əvvəllərinə qədər həmin borular vasitəsilə kəndə süd ötürülürdü. Həmin dövrlərdə Qazmalarda əsasən buduqluların fermaları yerləşirdi. Saxsı borularla gələn süddən sakinlər süd məhsulları düzəldirdilər.

Buduqdan 10 km aralı, Qaraçay dərəsinin əlçatmaz sıldırım qayalıqlarında qədim “Yeddilər” qalasının qalıqları var. Həmin Qaraçay kanyonunda, əlçatmaz qayalıqlarda yerləşən mağarada əhali öz mal-qarasını qəfil hücumlar və basqınlar vaxtı gizlədirmişlər. Qaraçay dərəsinin kanyon başlandığı yerdə, sıldırımlı qayalıqda mağaranın içində “Pir Bənövşə” adlanan müqəddəs bir yer var.

Bu mağarada böyük bir stalaktit var, içində sanki nəhəng bir balıq qulağı salınıb. Buduq kəndinin yaxınlığında, Qaraçayın əks istiqamətində, böyk bir sıldırım qaya üzərində qədim qala və zərdüştlərin dəfn üçün nəzərdə tutduqları məbədi var. Bu qalanı “Daxma” və ya “Sükut qalası” adlandırırlar.

Bu qala tikilişi görünüşdən “8” rəqəmini xatırladır. Kəndin yaxınlığında gözəl bir şəlalə var, yerli adamlar bu şəlaləni “Axçid” yəni, buduq dilindən tərcümədə “hündürdən tökülən su” adlandırırlar.

Buduqdan müqəddəs “Çərəkə” dağına (2100 m.d.s.y), Qazma Buduq kəndi yaxınlığında mağara daxili pirə, müqəddəs sayılan “Pir Bənövşə” və mağaralar da daxil olmaqla Qaraçay dərsinə və s. maraqlı yerlərə getmək olar.

Turistlər həmçinin sıldırım qayalıqda yerləşən “Daxma” (“Sükut qalası”) qalasına da qalxa bilərlər.

 

 

 
           
   
© Musigi Dunyasi