NECƏ
GETMƏK OLAR
Buduq
kəndinə Quba şəhərindən
gələn Ağ -çay dərəsilə,
Tüləkəran kəndindən,
QazmaBuduq kəndinin yanından keçərək
dağ yolu ilə gəlmək olar.
Yol dərə-təpələrdən,
meşəlikdən, alp çəmənliklərindən,
daşlı-çınqıllı,
Çərəkə dağ massivindən
keçir. Quba şəhərindən
Buduq kəndinə olan məsafə
38 km, 2.5 saat vaxt sərf olunur. Buduq kəndinə
həmçinin avtomobilin iz saldığı
yollarla, Jek və Əlik kəndlərindən
və alp çəmənliklərin
dən keçərək də getmək
olar, həmçinin bu yol kiçik bir
Zeid kəndindən də keçir. Bu
kənddə qədim məscid öz
gözəlliyi ilə seçilir. Məscidin
təqribən 200 il yaşı var,
İraq stilində tikilmişdir. Buduq
kəndinə gedən bu yol da çox
narahatdır. Jek və Əlik kəndlərindən
Buduqa olan məsafə 15km, vaxt etibarilə
1 saatdır. Bu yol da Qubadan gələn
yol kimi tez-tez gilli və qruntlu yollarla
əvəz olunur.
Buduqa aparan yolun çox hissəsi, qrunt
yollarından ibarətdir ki, hətta
yağışlı günlərdə
torpağın gillicə olmasından
çətin keçilə bilən avtomobilllərin
də gedişini çətinləşdirir.
Quba şəhərindən Buduqa yüksək
keçidə malik olan avtomobillərlə
getmək olar. Gediş haqqı (hər
iki istiqamətə) 30 – 40 manat təşkil
edir.
Əlavə
1
XRONOMETRAJ
Buduq
kəndinə yay aylarında, quru hava
şəraitində Jek kəndindən,
Qudiyal-çay dərəsi boyu Yarım-Yaylaq
zolağından keçərək getmək
olar. Jek kəndindən Buduqa qədər
olan məsafə - 17km, məsafə
vaxtı – 1 saat.
¹ |
Marşurutun
keçdiyi ərazilər |
Məsafə
(km) |
Vaxt
(dəq) |
Qeyd |
1 |
Jek
kəndi – Yergüc kəndi xarabalıqları |
6 |
20 |
Qudiyal-çay
dərəsindən Jek kəndinin
qarşısı ilə daşlı
yol kəskin sürətdə yuxarı
qalxır və alp çəmənliklərinə
çıxır. |
2 |
Yergüc
kəndi xarabalığı – Zeit
kəndi |
5 |
25 |
Yergüc
kəndi xarabalıqlarından dağ
ətəkləri boyu enişli-
yoxuşlu çınqıllı
yollarla Zeit kəndinə düşür.Həmin
yolu, yol boyu olan elktrik və teleqraf
dirəklərinin olması ilə
müəyyən etmək olar.
Yolun keçilməsi yalnız quru
havada mümkündür. Zeit kəndində
XVlll əsr məscidi vardır.
Lakin fəaliyyət göstərmir. |
3 |
Zeit
kəndi – Buduq kəndi |
6 |
20 |
Zeit
kəndindən Buduqa gedən yol,
daşlı və dağ ətəkləri
boyu keçərək, Qazma-Buduq
kəndinə düşür.
Qazma-Buduq kəndindən yol dik
enişlə Buduq kəndinə
düşür. |
Əlavə
1A
XRONOMETRAJ
Marşurut:
Quba şəhəri – Buduq kəndi
Məsafə - 38 km; vaxtla – 1 saat 30 dəq.
¹ |
Marşurutun
keçdiyi ərazilər |
Məsafə
(km) |
Vaxt
(dəq) |
Qeyd |
1 |
Quba
şəhəri – maşın
yolu Quba ş. – Qonaqkənd – Ağçay
üstündə körpü |
4 |
5 |
Quba
şəhərindən yol Quba
– Qonaqkənd asfalt yol boyu keçir,
Ağ-çay üstündəki
körpüyə çatarkən
Ağ-çay dərəsi istiqamətinə,
sağa dönmək və çay
dərəsinin sağ tərəfi
boyu |
2 |
Ağ-çay
üzərində körpü
– Tüləkəran kəndi |
12 |
25 |
Körpüdən
asfalt yol çınqıllı
yolla əvəz olunur və çay
dərəsi boyu Tüləkəran
kəndinə qədər qalxır
|
3 |
Tüləkəran
kəndi – Suxtəkələ kəndi |
3 |
6 |
Çınqıllı
yol Ağ-çayın sağ sahili
boyu, meşəliyin kənarı
ilə gedir |
4 |
Suxtəkələ
kəndi – Yarım-Yaylaq |
14 |
25 |
Çınqıllı
yol meşəlik sahə ilə
alp çəmənliklərinə,
Yarım-Yaylaq zolağına qalxır.
Yarım-yaylaq zolağı meşə
zonasının qurtaracağında
başlayır |
5 |
Yarın-Yaylaq
– Buduq kəndi |
5 |
30 |
Çınqıllı
yol alp çəmənlikləri
ilə Qazma-Buduq kəndinə qədər
dik yoxuşla qalxır, və dərhal
daşlıq sahə ilə Buduq
kəndinə düşür. |
BUDUQA
İKİ GÜNLÜK TURUN PROQRAMI
l
Gün.
- Günün birinci yarısı: Bakıdan
çıxış; Qubaya gəliş
və Buduqa yoladüşmə; Ağçayın
sahilində piknik-qəlyanaltı, yol
boyu təbii mənzərələrin
seyri.
- Günün ikinci yarısı: Buduqa
gəliş və kənd evlərində
yerləşmə; Buduq və ondan yuxarıda
yerləşən Qazma-Buduq kəndlərinə
ekskursiya, kəndin məişət
həyatı və etnoqrafiyası ilə
tanışlıq; Yerli mətbəxdən
ibarət şam yeməyi.
ll
Gün.
- Günün birinci yarısı: Səhər
yeməyi; atla və ya piyada “Axçid”
şəlaləsinə, Qaraçay dərəsinə,
“Pir Bənövşə”yə ekskursiya,
çay süfrəsi və qəlyanaltı,
- Arzu edənlər “Çərəkə”
dağına və sıldırım
qayalıqda yerləşən “Daxma”
qalasına da tur edə bilərlər.
(buradan ətrafa fantastik mənzərə
açılır); Buduqa qayıdış;
günorta yeməyi.
- Günün ikinci yarısı: Buduqdan
çıxış və Bakıya
qayıdış.
Nəzərə
alınmalıdır ki, Qubadan Buduqa
gedən yol yalnız yüksək keçidli
avtomobillərlə keçilə bilər.