Laza kəndi
(Qusar rayonu)
18
ci əsrin sonuna aid olan məsçid və
“Hacı seyid baba” piri kəndin ən diqqətə
layiq yerlərindəndir. Yerli əhali pirin
yanında yerləşən müqqəddəs
məzarları ziyarət edirlər. 100
il bundan əvəl pir kəndin mərkəzində
qayadnın içndə yerləşirdi.
Sonralar bu pir müqəddəs sayılan
qəbirstanlığın yanında olan
bir qaya divarının yanına keçirilib.
Kənddən bir az aşağı Qusar
çayın üzərində bir qəbirstanlıq
var, yerli əhalinin sözlərinə
görə qəbirstanlıq çox qədimdir.
Orada yarı bölünmüş bir baş
daşı var, ehtimal olunur ki, onun üzərində
ərəb əlifbası ilə yazılar
var. Qəbirstanlığın yarısını
yağış və sel yuyub aparıb.
Kəndin ərazisində, 10-20km radiusda
görməli ekskursiya məntəqələri
var. Səyahət və ekskursiyaları
atla və ya piyada etmək olar. Ekskursiyalar,
turist səyahətrləri və alpinizimlə,
Qusar çayının sahilində, kənddən
1 km aralıda yerləşən Suvar pansionatının
təcrübəli instruktorları tərəfindən
keçirilir. Pansionatın ətrafında
müxtəlif ekskursiya obyektləri mövcuddur:
- “Çar” mağarası (800m. uzunluğunda
olan Şahdağ massivinin qaya divarında
şaquli vəziyyətdə dərin bir
mağaradır).
- Qusar çayın üzərində yerləşən
qədim daş körpü, Qönçi-Myux.
- Şahdağ massivinin ətəyində
müqəddəs yer (pir).
Şahdağ zirvəsinə qalxan yolda
şəlalələr, qışda qışda
sıldırım buzlaqlara çevrilərək
çox gözəl mənzərə yaradır.
Qusar çay çayın o biri sahilində,
kəndlə üz-üzə uca təpədə
qədim mühavizə qala divarlarının
qalıqları var.