NECƏ
GETMƏK OLAR
Qusar rayon mərkəzindən
Laza kəndinə və “Suvar” pansionatına
getməkdən ötrü çətin
yolları keçmək üçün
“Niva” avtomobilindən istifadə etmək
olar. Avtomobilin sifariş ediliməsi
(bütün avtomobil nəzərdə
tutulur) –30$. Bunun üçün “Suvar”
pansionatının meneceri ilə əvvəlcədən
telefon ilə əlaqə saxlamaq lazımdır.
Qusar rayon mərkəzindən Laza kəndinə,
ora gedən transportla və ya avtovağzaldan
avtomobil tutmaq olar (qiymətlər razılaşma
yolu ilə).
XRONOMETRAJ
Marşurut:
Qusar ş. – Laza kəndi.
Məsafə: 42 km; vaxtla -1 saat 46 dəq
¹ |
Marşurutun
keçdiyi ərazilər |
Məsafə
(km) |
Vaxt
(dəq) |
Qeyd |
1 |
Qusar
şəhəri – Qusar çay üzərində
körpü |
20 |
30 |
Qusar
şəhərindən yol.
Qusar çayın sağ sahili ilə
gedir və Qusardan üzərinsdə
olan körpüyə düşür |
2 |
Qusar
çay üzərində körpü
– yol ayırıcısı; Anıx-Laza |
2 |
2 |
Yol
ayırıcısı; düz yol
Laza kəndinə, sola-Anıx kəndinə.
Anıx kəndinin səmti (oriyentir)-
gümbəzli məsçid. |
3 |
Yol
ayırıcısı; Laza-Anıx
– Zindan-Murux kəndi |
3 |
5 |
Yol
Qusar çayın sol sahili ilə
gedir və Zindan-Murux kəndindən
çayı keçir. |
4 |
Zindan-Murux
kəndi – yol ayırıcısı;Laza-Quzun |
3 |
4 |
Zindan-Murux
kəndinin yan hissəsindən dərhal
Laza-Quzun kəndlərinə qədər
dik yoxuş başlayır. |
5 |
Yol
ayırıcısı;Laza-Quzun –
Təzəkənd kəndi |
1 |
5 |
Laza-Quzun
yol ayırıcısından Lazaya
gedən yol dərhal sola yoxuşa
dönərək, Təzəkənd
ərazisinə düzən sahəyə
çıxır. |
6 |
Təzəkənd
kəndi – dik eniş,Laza kəndinə; |
7 |
20 |
Təzəkənd
kəndində yol ayırıcısı
var. Laza kəndənə gedən
yol dərhal sağ yola dönür,
növbəti yol dağ döşünə
dik yoxuşla qalxır. |
7 |
Laza
kəndinə eniş – Laza kəndi |
4 |
10 |
Sərt
eniş başlayır.yolun sağ
tərəfi kəskin qaya parçaları,
oradan sola gözlənilməyən
döngə və kəskin daşqalaqlı
yolla kəndə düşür.
Yoldan sola qayalıqlardan müxtəlif
ölçülü (150m-ə qədər)
şəlalələr axır, yolun
solunda bulaq var. |
8 |
Laza
kəndi – “Suvar” pansionatı |
1,5 |
10 |
Laza
kəndindən yola Qusar çay dərəsinin
sol tərəfi ilə dik yoxuş
və “Suvar” pansionatını yerləşdiyi
maili düzə çıxırsan. |
Qusar
şəhərindən Laza kəndinə
və “Suvar” pansionatına yol, Zindan-Murux
kəndindən Təzəkənd kəndinə
qədər olan yol istisna olmaqla, çınqıllı
və daşlıdır.
LAZAYA İKİ GÜNLÜK TURUN PROQRAMI
l
Gün
-
Günün birinci yarısı: Bakıdan
çıxış; marşrut boyu qədim
Şabran şəhərinin xarabalıqlarına
baxış; Qusara gəliş və
ekskursiya; Nahar yeməyi.
- Günün ikinci yarısı: Qusardan
çıxış; yol boyu təbii
mənzərələrin seyri, ecazkar
dağ şəlalələrinə
baxış; Lazaya gəliş və
yerləşmə (yerləşmə
kənd evlərində və ya “Suvar”
istirahət mərkəzinin kotteclərində
mümkündür). Kəndin məişət
həyatı və etnoqrafiyası ilə
tanışlıq; Yerli mətbəxdən
ibarət şam yeməyi.
ll Gün
- Günün birinci yarısı: Səhər
yeməyi; Kənd ətrafında və
“Suvar” istirahət mərkəzi istiqamətində
ekskursiya, “Çar” mağarasına baxış,
təbiət qoynunda istirahət; nahar
yeməyi.
- Günün ikinci yarısı: Bakıya
qayıdış.
Nəzərə
alınmalıdır ki, Qusardan Lazaya
gedən yol yalnız yüksək keçidli
avtomobillərlə keçilə bilər.