The etchnic culture of Azerbaijan
Ethnic culture of AzerbaijanMail usMain page
 


 

HARADA QALMAQ OLAR

Kəndə gələn qonaqları yerləşdirmək və ya gecələmək üçün yerli sakinlərin evlərində təşkil olunur. Evələr dağ kəndlərinə məxsus olan formada çay daşlarından və zəlzələyə dözümlü olan taxta arakəsmələrindən istifadə olunaraq tikilmişdir. Evlər əsasən bir mərtəbəlidir. Döşəmələri taxtadan üzərinə isə palazlar salınır. İçəridən evlərin divarları gillə suvaq çəkilir, üzərindən əhəng vurulur və nənələrdən qalmış xalçalarla örtülür. Evlər rahat və təmizdir. Əhali evlərindən 20 addım aralı olan bulaq suyundan istifadə edirlər. Evlərdə hamam yoxdur. Tualet həyətdə yerləşir. Kəndin mərkəzində ərzaq dükanı var. Evdə yaşayan bir ailə 2 otaqda yerləşdirməklə 4-6 qonaq qəbul edə bilər. Əsasən 1 ailə 4-5 otaqlı, həyətyani sahəsi və təsərrüfat üçün nəzərdə tutulmuş tikililəri (təndirxana, anbar) olan evlərdə yaşayırlar. Kəndin ətrafında meşə olmadığından evləri çör-çöp və kizyakla ( kərpic formasına salınmış qurudulmuş peyin) isidirlər.

Qonaqlara səhər yeməyinə süd məhsulları-pendir, kəsmik, şor, nehrə yağı, nahara əvəlikli ləzgi plovu, lobya yarpağından hazırlanmış dolma, qoyun vəya mal ətindən hazırlanmış buğlama, şam yeməyinə isə lobyadan, yumurtadan və süd məhsullarından hazırlanmış xörəklər təklif olunur. Yeməkdən qabaq özləri hazırladığı mürəbbə və ya qənd ilə çay verirlər.

Evlərdə qaz yoxdur, işıq səhər və axşam verilir. Soyuducu yoxdur. Ərzaqlar evin altında olan zirzəmidə saxlanılır. Hər evdə AZTV1 kanalını qəbul edən televizor var. Yalnız bir evdə peyk antennası var.

Ev I
Åv sahibi:
Tahir Hacıyev
- bir mərtəbəli ev
- şəxsi həyət
- kirayə verilən otaqlar -2
- yataq otaqı - 1
- vanna otağı - yoxdur
Ev II
Åv sahibi:
Tofik Balaliyev
- bir mərtəbəli ev
- şəxsi həyət
- kirayə verilən otaqlar-2
- yataq otağı - 1
- vanna otağı - yoxdur
Ev III
Ev sahibi:
Zahid Əzizov
- bir mərtbəli ev
- şəxsi həyət
- kirayə verilən otaqlar - 1
- yataq otağı- 1
- vanna otağı - yoxdur


Yerləşdirmə qiymətləri:

- bir sutka qalmaq və səhər yeməyi (1 nəfər üçün) – 10$
- bir sutka qalmaq və 3 dəfə yemək (1 nəfər üçün) – 15$

 Kənddə əlaqələndirici şəxs: Mövlud Əzizov.


“Suvar” turizm pansionatı

Komfortlu şərait istəyənlər üçün, Qusar çay dərəsi boyu 1km yuxarıda yerləşən “Suvar” pansionatında yerləşdirmək olar. Pansionat il boyu fəaliyyət göstərir. Qışda burada qar çox olur, pansionatın ətrafinda olan dağ yamaclarında xizək gəzintisi təşkil etmək mümkündür.

Pansionat hər birində hər bir şəraiti olan ayrı ayrı kotteclərdən ibarətdir:

- Bir yerli nömrələr (5 otaq), bir günlük və səhər yeməyi –50$.

- İki yerli nömrələr (2 otaq), bir günlük və səhər yeməyi (bütün nömrə)-70$.

- Həftə sonu üçün (weekend) səhər yeməyi ilə birlikdə (bütün nömrə) –100$.

- Üç yerli nömrələr (4 otaq) bir günlük və səhər yeməyi (bütün nömrə) –150$.

Kotteclərdə mövcud olan nömrələrdə (23 yer), duş, tualet, bütün nömrələrdə isti və soyuq suyu var.

Daimi işıqlandırılması, digər vəziyyətlərdə əlavə olaraq generator vardır. Futbol, voleybol və tennis meydançalarının qurulması işləri gedir. Pansionatda kafe fəaliyyət göstərir.

Pansionatın ətrafında dağ yamaclarında qar noyabr ayından aprelə qədər yerdə qalır. Həmin mövsümlərdə xizək gəzintisinin təşkili mümkündür.

Pansionatın əməkdaşlarının bəziləri ingilis dilində danışa bilir.


 

 

 
           
   
© Musigi Dunyasi