Search
Ethnic culture of Azerbaijan
 


 

 

Qrız – Dəhnə kəndi
(Quba rayonu)

 

NƏ GÖRMƏK OLAR

Qrız-Dəhnə kəndi meşəliklə əhatə olunmuş maili yamacda, gözəl mənzərəsi olan bir yerdə yerləşir. Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir.

200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi. Lakin tədricən kənd boşalmış və indiki vəziyyətə düşmüşdür. Əhalinin çox hissəsi kənd ətrafına və Quba şəhərinə köçmüşlər. Qədim Qrız kəndinin qalıqları, muasir kənddən 6 km aralıda meşəlikdə, iri qayalıqların ətəyində saxlalnılıb. Kənddə əhali çox azdır. Sakinlər qrız dilini xatırlasa da, əsasən azərbaycan dilində danışırlar. Köhnə adət - ənənələr qismən də olsa saxlanılıb. Kəndin ümumi görünüşü, dərin Qudiyal-çay dərəsi və ətrafdan alp çəmənlikləri də daxil olmaqla çox mənzərəlidir.

Kəndin yaxınlığında gözəl bir şəlalə var. Kəndin ətrafında xeyli bulaqlar var. Bunlardan kənddən 5 km aralıda yerləşən Xın bulağı xüsusi gözəlliyi ilə seçilir.

Atları kirayə etməklə (kirayə veriləcək atların ümumi sayı 3 –dür) meşəyə və oradan da alp çəmənliklərinə at gəzintiləri təşkil etmək olar. İyulun axırları – avqustun əvvəlləri moruq, sentyabr ayında isə göbələk yığımı ilə məşğul olmaq olar.

 

Quba rayonu
Qrız-Dəhnə kəndi
Quba rayonu


 

 
           
   
   © Musigi Dunyasi