Search
Ethnic culture of Azerbaijan
 


 

Qrız – Dəhnə kəndi
(Quba rayonu)

NECƏ GETMƏK OLAR

Qrız-Dəhnə kəndi Quba şəhərindən 25 km aralıda, Xınalıqa gedən yolda Qudiyal-çay dərəsində yerləşir. Quba – Xınalıq yolunun, Xınalıqa gedən yolun başlanğıc hissəsində Qrız-Dəhnə kəndi yerləşir. Yolun həmin hissəsi Qudiyal-çayın dərin dərəsindən keçərək, demək olar ki, çətin keçilən hissə hesab olunur. Yol çox dar və daşlıdır. Yolun sol hərəkət istiqamətindən çaya qədər olan hissəsi çox dağıntı vəziyyətdədir. Həmin yolu keçmək həddən artıq çətindir.

Qrız-Dəhnə kəndinə getmək üçün, Xınalıqa, Jek, Əlik, Haput və Qala- Xudat kəndlərinə gedən yolüstü nəqliyyətla da getmək olar.

Yüksək keçidə malik olan avtomobillərin sifarişini də edə bilərsiniz.

XRONOMETRAJ

Marşurut: Quba ş. – Qrız-Dəhnə kəndi.
Məsafə: - 24 km; vaxtla - 50 dəq.

¹
Marşurutun keçdiyi ərazilər 
Məsafə
(km) 
Vaxt
(dəq) 
Qeyd 
1
Quba ş. – Qəçrəş k. – Qudiyal çay dərəsi
12
20
Quba şəhərindən Qudiyal-çayın sol sahili ilə dərəyə qədər asfalt yol təşkil edir
2
Qudiyal-çay dərəsi – Qudiyal-çay üzərində körpü
8
15
Körpüdən yol Qudiyal-çayın sağ sahilinə keçir,çınqıllı və iri daşlı yol başlayır. Körpüdən dərhal sonra dik yoxuş başlayır.Yoldan sağ tərəfdə kiçik şəlalə var 5m)
3
Qudiyal-çay üzərində körpü – “Dəhnə” pansionatı
2
5
Yol daralır, yoxuş davam edir, yol yalnız düz gedir, “Dəhnə” pansionatı yol üstündə daşlıq meydançada yerləşir. Hasara alınmış bir neçə muasir tipli kotteclər var
4
“Dəhnə” pansionatı – Qrız-Dəhnə k.
2
10
Qrız-Dəhnəyə dək gedən yol dik yuxarı qalxır. Yol iri daşlarla örtülüdür.


QRIZ-DƏHNƏ KƏNDİNƏ İKİ GÜNLÜK TURUN PROQRAMI  

l Gün

- Günün birinci yarısı: Bakıdan çıxış; Qubaya gəliş; Qrıza-Dəhnə kəndinə yoladüşmə; Qudiyal-çayın qırağında piknik-qəlyanaltı, yol boyu gözəl mənzərələrin seyri.
- Günün ikinci yarısı: Qrız-Dəhnə kəndinə gəliş və kənd evlərində yerləşmə; kəndin məişət həyatı və etnoqrafiyası ilə tanışlıq; yerli mətbəxdən ibarət nahar yeməyi. Qudiyal-çay dərəsinə və alp çəmənliklərinə atla ekskursiya; yerli mətbəxdən ibarət şam yeməyi.

ll Gün

- Günün birinci yarısı: Səhər yeməyi; kənd ətrafında, meşəyə, şəlaləyə və Xın bulağına gəzinti;
- Günün ikinci yarısı; Kəndə qayıdış, nahar yeməyi; Bakıya qayıdış.


 


 

 
           
   
   © Musigi Dunyasi