Search
Ethnic culture of Azerbaijan
 


 

Qum kəndi
(Qax rayonu)

 

NƏ GÖRMƏK OLAR

Qum kəndi Qax rayon mərkəzindən 8 km aralıda Baş Qafqaz Silsiləsinin ətəyində, dəniz səviyyəsindən 700m yüksəklikdə yerləşir.

Qum kəndində çox da böyük olmayan dağ çayı – Ərdəva çayı axır. Dağ ətəkləri sıx meşələrlə əhatə olunub. Meşələr əsasən yabanı meyvə ağaclarından, əzgil, alça, zoğal, meşə alması, meşə armudu ağaclarından ibarətdir.

Kənd 200 evdən ibarət olmaqla əhalisinin sayı 2000 nəfərə çatır. Kənddə Qafqaz Albaniyası dövrünə aid tarixi abidələr və məscid var. Alban abidələrindən V əsrə aid bazilika diqqətəlayiqdir Qum kəndi yaxınlığında bazilikanın dağılmış vəziyyətdə qalıqları mövcuddur. Bu abidə ağaclıq və kolluqlar içində qalıb. V əsrə aid Qum bazilikasında restavrasiya işləri başlanıb. Abidə çox möhtəşəmdir. İri daş sütunları və tağları çox incəliklə işlənmişdir.

Kəndin kənarında çox da böyük olmayan digər alban məbədi vardır. Abidə qədim məhəllə kilsəsi kimi fəaliyyət göstərmişdir. Kənddə XlX əsrə aid sünn
ü məscidi fəaliyyət göstərir. Burada həftədə bir dəfə yerli molla azərbaycan dilində xütbə aparır. Kənd əhalisi qonaqpərvərdirlər.

Şəxsi həyətlərdə meyvə ağacları və bostanlar vardır. Həyətlərdə üzümçülük də geniş yayılmışdır. Burada “izabella” və “amerikan” üzüm növlərindən ev şəraitində çaxır hazırlanır.

Əhali milli toy və dəfn mərasimlərini qoruyub saxlayıblar. Məişət həyatında da bir çox xüsusiyyətlər qorunmaqdadır. Hətta köhnə mətbəx ənənələri yaşamaqdadır. Gündəlik həyatda əsasən süd məhsulları, bal, meyvə, ət məhsulları və un məmulatlarından istifadə olunur.

Qum kəndindən 5 km aralı Çinarlı kəndi ərazisində Qaraçayın ətrafında “Ballı bulaq” ərazisi gözəl mənzərəli və istirahət mərkəzidir. Bura Azərbaycanın müxtəlif rayonlarından istirahətə gəlirlər.

Qum bazilikası V əsr

XlX əsr məscidi
Meyvə bağçası

Meyvə bağçası

XVII əsr məscidi

Bazilikanın iç görünüşü

Ləkit məbədi

Qaraçayın ətrafında Ballı bulaq ərazisi
Ləkit məbədi
Qaraçayın ətrafında Ballı bulaq ərazisi

Kənd ətrafı meşəliklər
Bazilikanın iç görünüşü


 

 
           
   
   © Musigi Dunyasi