Search
Ethnic culture of Azerbaijan
 


 

Qum kəndi
(Qax rayonu)

 

HARADA QALMAQ OLAR

 

Kənddə mehmanxana və qonaq evi yoxdur. Turistlər kənd evlərində qala bilərlər. Evlər dağlıq ərazi üçün səciyyəvi olan çay daşından və çiy kərpicdən tikilir. Turistlər ev sahiblərinin hazırladığı məhsullarla qidalana bilərlər. Evlər əsasən birmərtəbəli və eyvanlı olur. Döşəmələr taxta və üzəri palasla örtülü olur. Evlər rahat və təmizdir. Ev sakinləri bulaq suyundan istifadə edir. Tualet əsasən həyətdə olur. Tualetlər aziat tiplidir. Kəndin mərkəzində ərzaq dükanı var. Hər ailə iki otaqda yerləşdirməklə, 4-6 turist qəbul edə bilər.

Səhər yeməyinə bal və süd məhsullarından – pendir, kəsmik, şor, nehrə yağı; nahara – küftə bozbaş, üzüm yarpağından dolma, buğlama; şam yeməyinə - lobyadan hazırlanmış xörəklər, kükü (yumurta və göyərtidən hazırlanır) və digər xörəklərdən dadmaq olar.

Ev I
Ev sahibi:
Əlicanova Zümrüd
- bir mərtəbəli ev;
- şəxsi həyət
- kirayə verilən otaqlar– 2 - yataq otağı – 2
- vanna otağı var

Ev II
Ev sahibi:
Heydərov Qurban
- bir mərtəbəli ev;
- şəxsi həyət
- kirayə verilən otaqla – 2 - yataq otağı – 2
- vanna otağı var
Ev III
Εv sahibi:
Nəzirova Muxlisə
- bir mərtəbəli ev;
- şəxsi həyət
- kirayə verilən otaqlar – 1 - yataq otağı – 1
- vanna otağı var

Yerləşdirmə qiymətləri:

- bir sutka qalmaq və səhər yeməyi (1 nəfər üçün) – 10$
- bir sutka qalmaq və 3 dəfə yemək (1 nəfər üçün) – 15$

Kənddə əlaqələndirici şəxs: Şirin Müslümov
.



 

 
           
   
   © Musigi Dunyasi