Search
Ethnic culture of Azerbaijan
 


 

Qum kəndi
(Qax rayonu)

 

NECƏ GETMƏK OLAR

Qum kəndinə Qax rayon mərkəzindən reys avtobusla və ya avtovağzaldan taksi ilə getmək olar. Yol asfaltdır. Ərdava-çay üzərində körpüyə qədər olan 1km-lik yolda təmir işləri gedir.

XRONOMETRAJ

Marşrut: Qax şəhəri – Qum kəndi
Məsafə 8 km, yol vaxtı – 12 dəq
Bakı şəhərindən Qax şəhərinə qədər məsafə - 385 km, 6 saat

¹
Marşrutun keçdiyi ərazilər 
Məsafə
(km) 
Vaxt
(dəq) 
Qeyd 
1
Qax şəhəri –Qum kəndi. Mərkəzi dairədən avtovağzalın yanından keçən sol tərəfə Ərdava-çay üzərindəki körpüyə qədər, Ləkit istiqamətinə gedən avtomobil yolu ilə.
3
5
Asfalt yol dağlıq meşə ətəkləri ilə paralel gedir.
2
Ərdəva-çay üzərindəki körpüdən sonra sağ tərəfə, Ləkitə gedən əsas yolla Qum kəndinə doğru.
5
7
Asfalt yol Ərdəva-çayın sağ sahili boyu davam edir.



QUM KƏNDİNƏ İKİ GÜNLÜK TURUN PROQRAMI 

l Gün

- Günün birinci yarısı: Bakıdan çıxış; Qaxa gəliş; yol boyu təbii mənzərələrin seyri və qəlyanaltı;
- Günün ikinci yarısı: Qum kəndinə gəliş və kənd evlərində yerləşmə; Yerli mətbəxdən ibarət nahar yeməyi; Kənd ətrafına ekskursiya, kəndin məişət həyatı və etnoqrafiyası ilə tanışlıq; Kənddə olan alban abidələrinə baxış (V əsr); Yerli mətbəxdən ibarət şam yeməyi.

ll Gün

- Günün birinci yarısı: Səhər yeməyi; İlisu dövlət qoruğuna aid olan Qum meşəsinə gəzinti, Çinarlı kəndində “Ballı bulaq” adlanan yerə gəzinti və Söhüb qalasına ekskursiya.
- Günün ikinci yarısı: Qaraçayın kənarında Ballı bulaq adlı yerdə nahar yeməyi; Kənddən çıxış və Bakıya qayıdış.


 


 

 
           
   
   © Musigi Dunyasi