Search
Ethnic culture of Azerbaijan
 


 

 

Xınalıq kəndi

Xınalıq kəndi

Xınalıq kəndi

Sənətkarlıq nümunələri

Pir Comərt məscidi

Sənətkarlıq nümunələri

Xınalıq kəndi
(Quba rayonu)

 

NƏ GÖRMƏK OLAR

Xınalıq kəndi Qudyalçayın dağlıq düzündə yerləşir. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib. Həyətlərdə balaca bostanlar var. Burada əhali kartof, xiyar, kələm becərir. Əhalisinin sayı 1300 nəfər olmaqla təqribən 220 evdə yaşayırlar. Orta hesabla hər ailə 6 nəfərdən ibarətdir. Evlərin hamısı qədimdir, onların 200-300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Kənd öz arxitektur stilini itirməmiş, ümumi görünüşdə özündə tamamlanmış ansamblı əks etdirir. Hətta, çay dərəsindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır. Yeni tikilmiş binalar - bələdiyyə, 7 illik məktəb kəndin aşağısında yerləşir.

Xarakterik xüsusiyyətlərdən biri, həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm gizəydən yaradılmış divarlaırn olmasıdır. Bu, xınalıqlıların istifadə etdikləri əsas yanacaq növüdür. Xınalıq yüksək dağlıqda yerləşdiyi üçün, burada yalnız ot bitir. Qızdırıcı və xörək bişirmək üçün xınalıqlılar elektrik plitələrindən də istifadə edirlər. Kəndin mərkəzində, ən yüksək yerdə Cümə məscidi var. Kəndin daha qədim hissəsində zərdüştlərin məbədinin yerində (od məbədi), b.e. Vll əsrdə “Bürc” piri adlanan müsəlman ibadətgahı tikilmişdir. Bu pir yalnız müsəlmanların böyük bayramlarında ziyarət olunur. Xınalığın 2 km yüksəkliyində qayalıqda, içərisində müqəddəs sayılan bulağı olan bir mağara var. Oradan saxsı boru və daş akveduk vasitəsilə həyətlərə və kəndin mərkəzi meydanına su gəlir. Orada böyük bayramlar və təntənələr zamanı kəndin bütün əhalisi toplaşır. Kəndin mərkəzində, ən qədim binada etnoqrafik muzey yerləşir, indi orada bərpa işləri aparıldığından muzeyin eksponatları xınalıqlıların evlərində yerləşdirilib.

Öz aralarında əhali yerli xınalıq dilində danışır. Qonaqlarla azərbaycan dilində ünsiyyətdə olurlar. Yaşlı nəsildn olanlar(kişilər) rus dilini bilir.

Kəndin ətrafında sərt qayalıqlarda qədim qəbirstanlığın qalıqları var. Burada 5 mərtəbəli daş qəbir kameralarının olması, həmin ərazininin yaranma tarixinin daha qədimlərə gedib çıxmasını təsdiqləyir.

Xınalıqlılar qədim adət- ənənələrinə hörmətlə yanaşıb, qoruyub saxlayıblar. Toylar və digər mərasimlər əvvəllər olduğu kimi keçirilir. Qədim sənətlərdən heç biri qorunmayıb. Yalnız yundan toxuculuq, əsasən rəngli corablar toxunulur. Kəndə olan diqqətin artdığından buraya turist axını da çoxalmışdır.

Gündəlik həyata xalq mətbəxinə və məişət adətlərinə yeni-yeni adlar daxil olmuşdur. Xınalıqlıların əsas məşğuliyyətləri dərman bitkiləri və otların yığılması və qurudulmasıdır, sonra onlardan həm mətbəxdə istifadə edilir, həmçinin gələn qonaqlara satılır. Kənddən dağ yolu ilə “Şah Yaylağına” keçərək Xınalıq aşırımına gəlib çatmaq olar və Qızıl Qaya dağ massivinə qalxmaq olar (3700 m.). 1997-ci ildə Qızıl Qaya dağ massivinin zirvələrinin birində ümumxalq lideri Heydər Əliyevin adına gümüş lövhə bərkidilib. Xınalıq aşırımından keçərək Qusar çayın sahilində yerləşən ləzgi kəndi Lazaya getmək olar. Aşırımdan sonra“Şah Yaylağı” adlanan yüksək dağ yaylasından keçək at cığırı Laza kəndinə aparır. Xınalıq kəndi ilə Laza kəndi arasındakı məsafə 30 km-dir.

Xınalıq sakini Əliyev Əşrəf turistlərə kənd atla həmçinin milli güləş, at yarışları və bazarların keçirildiyi “Şah Yaylaq” və “Şah Nabat” yaylalarına atla turların təşkilini təklif edir.

 

 

 
           
   
   © Musigi Dunyasi