Search
Ethnic culture of Azerbaijan
 


 

NECƏ GETMƏK OLAR

Xınalıq Qudyal-çayın dağlıq düzündə yerləşir, bu çayın sol sahilində, Şərqi Qafqazın yan silsiləsinin bir hissəsində Xınalıq dağı ucalır (3713m.). Quba rayon mərkəzi ilə Xınalıq kəndi arasındakı məsafə 50km-dir. Xınalığa gedən yol çınqıllıdır, bəzi yerlərdə qayalıqlarla əhatə olunmuşdur Qudyal-çay və Xınalıq çay kanyonundan keçir. Yol enişli, yoxuşlu, dar olub, bəzən uçurumların qırağı ilə keçir. Yolun bu cür çətinliyi demək olar ki, Xınalığa gedən yolun tən yarısını təşkil edir. Yolun qalan hissəsi Qudyal-çay vadisinin üst hissəsindən keçir. Bəzi yerlərdə çayın içi ilə digər maşınların saldığı iz boyu keçmək lazımdır. Çay axarı iri daşları gətirdiyinə görə onu ehtiyatla keçmək lazımdır. Xınalığa yalnız yüksək keçidə malik olan “Cip” tipli avtomobil ilə getmək olar. Yola (50km) 3 saat vaxt sərf olunur.

Xınalığa digər yolla da Alpan kəndindən keçərək getmək olar. Bu yol da çətin, lakin nisbətən təhlükəsizdir. Bu yolun uzunluğu 63 km-dir və 6 saata dəf edilir. Ən təhlükəsiz, lakin çox uzun yol Təngə dərəsindən keçir. Onun uzunluğu 80 km-dir və 8-9 saata dəf edilir.

Xınalıq kəndinə Quba şəhəri avtovağzalından yerli xınalıqlıların yüksək keçidə malik olan avtomobilləri ilə getmək olar.

Gediş qiyməti (kəndə və geriyə) 300 000 manat təşkil edir (bütün avtomobilin kirayəsi nəzərdə tutulur).

XRONOMETRAJ

Marşurut: Quba ş. – Qrız-Dəhnə kəndi – Jek kəndi – Xınalıq kəndi.
Məsafə: - 51 km, 3 saat 10 dəq.

¹
Marşrutun keçdiyi ərazilər 
Məsafə
(km) 
Vaxt
(dəq) 
Qeyd 
1
Quba ş. – Qəçrəş k. – Qudyal-çay dərəsi
12
20
Quba şəhərindən Qudyal-çayın sol sahili ilə dərəyə qədər məsafəni asfalt yol təşkil edir
2
Qudyal-çay dərəsi – Qudyal-çay üzərində körpü
8
15
Körpüdən yol Qudyal-çayın sağ sahilinə keçir,çınqıllı və iri daşlı yol başlayır. Körpüdən dərhal sonra dik yoxuş başlayır.Yoldan sağ tərəfdə kiçik şəlalə var (5m)
3
Qudyal-çay üzərində körpü – “Dəhnə” pansionatı
2
5
Yol daralır, yoxuş davam edir, yol yalnız düz gedir, “Dəhnə” pansionatı yol üstündə daşlıq meydançada yerləşir. Hasara alınmış bir neçə müasir tipli kotteclər var
4
“Dəhnə” pansionatı – Qrız-Dəhnə k.
2
10
Qrız-Dəhnəyədək gedən yol dik yuxarı qalxır. Yol iri daşlarla örtülüdür.
5
Qrız-Dəhnə k. – Qudyal-çay üzərindəki körpüyə eniş
2
18
Yol dik enişlə kanyon divarı boyu Qudyal-çayın yatağına, körpüyə düşür. Yol daşlı və çox ensizdir, üzbəüz maşınla qarşılaşarkən rahat keçmək mümkün deyil
6
Qudyal-çaydan kanyona körpü – Qudyal-çayla Xınalıq-çayın qovuşduğu dərə
2
10
Körpüdən qrunt yol başlayır, dik olaraq kanyon boyu yuxarı dövrələnir, sonra çayların qovuşduğu dərəyə düşür. Sərt dağ massivinin əhatəsindəki dərədən Qudyal-çayın sol istiqamətinə keçərək, dik yoxuşa qalxır.
7
Qudyal-çayla Xınalıq çayın qovuşduğu dərə, yol ayırıcı-Alik-Jek,Xınalıq
3
25
Yol Qudyal-çayın sol sahili ilə dik yoxuşla davam edərək, yol ayırıcına düşür.
8
Yol ayırıcı Jekə və Xınalığa
2
15
Jekə olan yol ayırıcıdan dik enişlə Qudiyal-çaya düşür, çayı keçərək qrunt yolu ilə Jek kəndinə qalxır.
9
Jek kəndi – Qudyal-çay dərəsi
4
25
Jek kəndindən qrunt yolu aşırıma qədər qalxır, sonra daşlıq ərazi ilə dərhal Qudyal-çay dərəsinə düşür. Sağ tərəfdə uzaqdan dağın döşündə Qal-xudat kəndi görünür.
10
Qudyal-çay dərəsi – Xınalıq kəndi
14
45
Yol irəliyə doğru Qudyal-çayın yatağına düşür və bir neçə dəfə çayın sahil xətlərini dəyişir, sonra yol dik yamaca çıxaraq Xınalıq kəndinə qalxır.

Xınalığa gedən yol Qrız-Dəhnə və Jek kəndlərindən keçdiyinə görə, həmin kəndlərin xronometrajları ayrıca təsvir olunmayıb.
Quba şəhərindən Qrız-Dəhnə kəndinə qədər olan məsafə - 24 km, sərf olunan vaxt – 50 dəq.
Quba şəhərindən Jek kəndinə qədər olan məsafə - 33 km, sərf olunan vaxt - təqribən 2 saat.

XINALIQA İKİ GÜNLÜK TURUN PROQRAMI 

l Gün.
- Günün birinci yarısı: Bakıdan çıxış; Qubaya gəliş və Xınalığa yoladüşmə; Qudyal-çayın sahilində piknik-qəlyanaltı, yol boyu təbii mənzərələrin seyri.
- Günün ikinci yarısı: Xınalığa gəliş və kənd evlərində yerləşmə; Xınalıqda ekskursiya, kəndin məişət həyatı və etnoqrafiyası ilə tanışlıq; Yerli mətbəxdən ibarət şam yeməyi.

ll Gün.
- Günün birinci yarısı: Səhər yeməyi; atla və ya piyada Yanar dağa ekskursiya, çay süfrəsi və qəlyanaltı, ətrafın seyr edilməsi (buradan ətrafa fantastik mənzərə açılır); Xınalığa qayıdış; günorta yeməyi.
- Günün ikinci yarısı: Xınalıqdan çıxış və Bakıya qayıdış.

Nəzərə alınmalıdır ki, Qubadan Xınalığa gedən yol yalnız yüksək keçidli avtomobillərlə keçilə bilər.

 

 

 

 

 
           
   
   © Musigi Dunyasi